Source: google

İlqar Məmmədov: Tezliklə ReAL Partiyasının qeydiyyatı üçün müraciət edəcəyik

İlqar Məmmədov Ədalət Vəliyevlə görüşündə partiyanın qeydiyyat məsələsindən danışdığını deyir

İyulun 1-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev ReAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Görüş barədə məlumatı partiya sədri “Facebook” səhifəsində yayıb.

“İctimai-siyasi əhəmiyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi etdik” yazan partiya sədri bildirib ki, Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd ediblər:

“Ayrıca, Respublikaçı Alternativ Partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, ReAL Partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik”.

İlqar Məmmədov görüşün harda keçirildiyi haqqında heç bir qeyd etməyib.

Oxşar görüş fevralın 29-da da baş tutmuşdu. O zaman İlqar Məmmədov Ədalət Vəliyevlə “Respublika” qonaq evinin konfrans zalında görüşmüşdü.

Ədalət Vəliyev Xalq Partiyasının, Azad Demokrat Partiyasının və digər təşkilatların sədrləri ilə görüşüb.

Yalnız AXCP və Müsavat partiyaları görüşdən imtina edib. Hər iki partiya sədrləri ölkədə siyasi məhbusların azad olunmasını, islahatların aparılmasının görüşün müzakirə mövzusu ola biləcəyi təqdirdə Ədalət Vəliyevlə görüşəcəklərini bildiriblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iasggw

Most Viewed