“İlham Əliyev qərar verə bilmir, ona görə məhkəməni təxirə salırlar”

“İlham Əliyev qərar verə bilmir, ona görə məhkəməni təxirə salırlar”

Müxalif siyasətçi Tofiq Yaqublu həbsinə tədarük görərək məhkəməyə hazırlaşır. Çantasını açıb, yığdığı əşyaları göstərir. “Biz tərəfdə buna “canlıq” deyirlər-qolsuz, şəp-şəp- orada çox lazımlı olur, rulon kağız, ən zəruri şeylər buradadır. İndi baxaq də, aparırıq… Lazım olar özümüzlə apararıq, olmaz, qaytarıb evdə istifadə eləyəcəyik”.

17 günlük aclıq aksiyasından sonra o, 18 sentyabrda məhkəmə qərarı ilə istintaq dövründə ev dustaqlığına buraxılıb. Nizami rayon məhkəməsi hesab edirdi ki, Tofiq Yaqublu avto qəza törədərək “xuliqanlıq” kimi dəyərləndirilən hərəkətlərə yol verib.

O, ittihamı qəbul etmir, bunu siyasi fəaliyyəti ilə bağlayır.

Ana səhifəVideo“İlham Əliyev qərar verə bilmir, ona görə məhkəməni təxirə salırlar”