İlham Əliyev: Əcdadlarımız bugünkü mərasimi görsəydilər, şad olardılar

Lakin Bakının etirqazlarından sonra amerikalılar geri çəkiliblər.

Source: Specify Source

"

"Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər"

Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" (keçmiş "Kəpəz") neft yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə prezident.az

məlumat

yayıb.

İmzalanma mərasimi ilə əlaqədar dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdımühəmmədov videokonfrans keçiriblər.

"Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər. Çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb. Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar", – bunu videokonfransda İlham Əliyev deyib.

"Turan" İA yazır ki, keçmiş “Kəpəz” yatağ uzun illərdir ki, Bakı və Aşqabad arasında mübahisə, hətta münaqişə predmetinə çevrilmişdi.

Hər iki dövlət yatağı özününkü hesab edib və onu "Sərdar" yatağı adlandırıb.

Bu yataq dənizdə milli sektorlarının qovşağında iki ölkənin arasında yerləşir.

1997-ci ildə Azərbaycan bu yatağın Rusiyanın “Lukoyl” və “Rossneft” şirkətlərilə işlənməsinə dair saziş imzalayıb. Lakin Türkmənistanın etirazından sonra sövdələşmə baş tutmayıb. Bir il sonra Aşqabad “Kəpəz”in işlənməsi üzrə Amerikanın “Mobil” şirkəti ilə müqavilə bağlamağa cəhd ediblər. Lakin Bakının etirqazlarından sonra amerikalılar geri çəkiliblər.

Daha sonra Bakı və Türkmənistan dənizin dibinin bölünməsi ilə bağlı məsələlər razılaşdırılanadək bu yerdə heç bir iş görməmək barədə razılığa gəliblər.

2001-ci ildə ölkələr arasında sərhəddin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar baş tutmayıb. Aşqabadın investorları cəlb etmək cəhdləri Bakının müqavimətilə qarşılaşıb.

Son illər Bakı və Aşqabad arasında əlaqələr intensivləşib, onlar Xəzərdə kompromislərə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Bu, Türkmənistan qazının birgə işlənməsi və Azərbaycan vasitəsilə Avropaya nəqlinə aiddir. Ekspertlərin hesablamalarına görə, "Dostluq" (“Kəpəz”) yatağında neft ehtiyatları 60-70 mln. ton həcmində qiymətləndirilir.

Ana səhifəSiyasətİlham Əliyev: Əcdadlarımız bugünkü mərasimi görsəydilər, şad olardılar