Source: İTV

“İctimai TV-nin efir qiyməti siyasi məhdudlaşdırmadır”

“İctimai TV-nin efir qiyməti siyasi məhdudlaşdırmadır”

İctimai Televiziyada parlament seçkiləri üçün siyasi reklamın bir saniyasinin qiyməti 22-65 manat arasında dəyişir. Televiziya ödənişli efirin qiymətini ən çox izlənmə vaxtında dəqiqəsi 4602, ən az izlənmə vaxtında isə 1558 manat müəyyən edib. Bəs bu məbləğ nəyə əsasən hesablanıb?

Parlament seçkilərində namizəd olan Hərəkət seçki blokunun üzvü Turgut Qəmbət hesab edir ki, şişirdilən qiymətlər siyasi məhdudlaşmadır.

“Əvvəlki televiziya debatları onu göstərib ki, hakimiyyət təmsilçilərinin müxalif namizədlərlə danışa biləcəyi mövzu yoxdur. Ölkədə elə bir situasiya yaradıbları ki... Özlərini nə cür müdafiə edəcəklər? Xalq da bunu görür”- deputatlığa namizəd Turgut Qəmbər danışır.

Seçki Məcəlləsinin 77-ci maddəsinə görə dövlət büdcəsindən maliyyələşən ictimai teleradio təşkilatları 60-dan çox namizədi qeydə alınan qurumlara pulsuz efir vaxtı verməlidir. Ötən parlament seçkilərində bu şansı yalnız Yeni Azərbaycan Partiyası əldə etmişdi.

İctimai Televizya məsələ ilə bağlı açıqlamasında qiymətlərin yüksək olmasını reklam və televiziya bazarında baş vermiş dəyişikliklərlə bağlayır. Media eksperti Ələsgər Məmmədli isə qiymətlərin reallığa uyğun olmamasında israrlıdır.

“Seçki kimi vacib bir məsələdə İctimai TV kənarda durub deyə bilməz ki, “mən sadəcə pulla efir vaxtı satıram”. Ümumiyyətlə, ictimai yayım üçün bu işin içində pul məsələsi olmamalıdır”-media üzrə mütəxəssis Ələsgər Məmmədli deyir.

2 gün sonra - yanvarın 17-dən parlament seçkilərinin təbliğat-təşviqat dövrü başlayır. Qeydə alınan müstəqil namizədlər qiymətlərin yüksək olmasından pullu efir vaxtından faydalana bilməyəcəklər. Onlar öz təbliğatlarını qapı-qapı gəzib seçicilərlə danışmaqla və sosial şəbəkələr vasitəsiylə həyata keçirəcəklər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/tmd5bc

Most Viewed