Bakı Şəhər İcra Hakimiyyəti

Source: Foto: Meydan TV

Caption: Bakı Şəhər İcra Hakimiyyəti

İcra hakimiyyəti mitinq keçirmək istəyənlərə Lökbatanı məsləhət gördü

Seçkidə iştirak etmiş partiya və müstəqil namizədlərin mitinq istəyinə cavab verilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat və ReAL partiyaları, D18 hərəkatı və müstəqil namizədlərin 29 fevralda keçirmək istərikləri mitinqlə bağlı müraciətə cavab verib.

BŞİH bu dəfə də Lökbatan qəsəbəsini göstərib:

“Müraciətə baxılıb və fevralın 29-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında mitinq keçirmək təklif edilib”.

Fevralın 24-də ReAL Partiyasının sədri İlqar Məmmədov, D18 hərəkatının rəhbəri Ruslan İzzətli, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimov və müstəqil namizəd Fərhad Mehdiyev fevralın 29-da Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirmək üçün BŞİH-ə müraciət ediblər. Onlar icra hakimiyyətinə alternativ üçün 8 yer də təklif etmişdi.

Bu yerlərin arasında Lökbatan yox idi.

Fevralın 16-da Müsavat, ReAL partiyaları, “D18” Hərəkatı və müstəqil namizədlər Mərkəzi Seçki Komissiyasının qarşısında aksiya keçirməyə cəhd edib. Ancaq aksiyanın başlanmasına bir neçə saat qalmış təşkilatçılar saxlanılıb. MSK qarşısına gələn insanlar da saxlanılaraq şəhərdən kənara aparlıblar. Müsavat Partiyasının başqanı Arif Hacılı “Bayraq Meydanı”na, ReAL Partiyasının sədri İlqar Məmmədov Şamaxıya, D18 hərəkatının sədri Ruslan İzzətli Yevlaxa aparılaraq, orada sərbəst buraxılıblar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5qqev2

Most Viewed