Rəcəb Babaşov

Source: google

Caption: Rəcəb Babaşov

İcra başçısı: Qazax rayonunun 7 kəndi də işğaldan azad olunacaq

Rəcəb Babaşov işğalda olan kəndlərin sakinləri ilə görüşüb

“Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

Bu sözləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov deyib.

Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə görüşən icra hakimiyyəti başçısı deyib ki, 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan 7 kəndi də mütləq azad olunacaq.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı ilə Qarabağ müharibəsi sonlandırılıb və münaqişə zonasına rusiyalı sülhməramlılar yeridilib. İmzalanmış bəyanatda Ağdam, Kəlbəcər, Laçın rayonlarının və Qazax rayonunun işğal altında olan 7 kəndinin də qaytarılması şərti nəzərdə tutulub. Noyabrın 20-də Ağdam, ayın 25-də isə Kəlbəcər rayonları işğaldan azad edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/pr0y2v

Most Viewed