İbrahim İbrahimli vəfat edib

Uzun müddət AXC İcraiyyə Komitəsinə rəhbərlik edib, daha sonra Müsavat Partiyasının Divan üzvü və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olub.

Source: Specify Source


İstiqlalçı deputat xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Azərbaycanın istiqlalçı millət vəkili İbrahim İbrahimli iyunun 16-da vəfat edib.

Bu barədə İbrahim İbrahimlinin yaxın qohumu Toğrul İsmayıl məlumat yayıb.

İbrahim İbrahimli 1952-ci ildə Naxçıvan şəhərinin Zeynəddin kəndində doğulub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

İbrahim İbrahimli Milli Azadlıq Hərəkatının öncüllərindən olub.

İbrahim İbrahimli 1990-cı ildə Ali Sovetə seçkilərdə millət vəkili seçilib.

O, 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı deputatlardandır.

İ.İbrahimli AXC İcraiyyə Komitəsinə rəhbərlik edib, daha sonra Müsavat Partiyasının Divan və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olub.

O, uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ana səhifəSiyasətİbrahim İbrahimli vəfat edib