dollar-manat

Source: arxiv

Caption: dollar-manat

Hüquqşünas: Dollara limit tətbiqi bank sirrini pozur

Article was updated on :  7 May 2021

Natiq Cəfərli: "Belə halda ölkənin valyutası devalvasiyaya uğrayar, investorlar ölkədən qaçar"

Aygün Məmmədova (ad şərtidir) tez-tez səyahət edir. Buna görə illərdir maaşının bir qismini dollara çevirir.

O deyir ki, ölkədə baş verən və gözlənilən devalvasiyalar gözünü qorxudub.

Buna görə də pullarını xarici valyutada saxlamağın daha doğru olduğunu düşünür.

"İl tamam olanda limiti sıfırlamırlar"

Aygün Məmmədovanın dediyinə görə, son bir ildə daha dollar alıb, hətta anası kirayədən aldığı pulu, atası isə maaşını dollara çevirmək üçün ona verirmiş. Amma sonradan öyrənib ki, dollar alışında limit var: "Limit 12 min dollara yaxındır. Problem ondadır ki, illik limiti doldursan da, il tamam olanda limiti sıfırlamırlar. Hara gedirsən, deyirlər ki, limiti aşmısınız, sizə dollar sata bilmərik. Mənə dollar lazım olanda başqasından xahiş edirəm. Beləcə də bu yaxınlarda məlum oldu ki, xarici valyutanı yalnız günün birinci yarısı ala bilərsən. Bu qadağaların, limitlərin səbəbini anlaya bilmirəm. Onsuz da kimə xarici valyuta lazımdırsa və limiti keçibsə, başqalarından xahiş edəcək. Görünür, bununla insanları nəzarətdə saxlamaq istəyirlər. Kim nə qədər dollar alır, sabah bir şey olsa, çağırıb incitsinlər və s. Nə bilim, adamın ağlına ancaq bu gəlir".

Hüquqşünas: "Dərəbəylikdir, başqa adı yoxdur"

Hüquqşünas Əkrəm Həsənov qadağanın qeyri-rəsmi olduğunu söyləyir: "Limit tətbiqi həm də bank sirrini pozur. İstər hansısa dövlət qurumunun tapşırığı, istərsə də bankların öz təşəbbüsü olsa da, bank sirri pozulur. Deməli, banklar vətəndaşların digər banklarda apardıqları valyuta əməliyyatlarından da xəbərdardır. Halbuki müştərinin razılığı olmadan bu məlumat başqasına ötürülə bilməz".

Əkrəm Həsənov

Əkrəm Həsənov

Source: Əkrəm Həsənovun şəxsi arxivindən

Hüquqşünas deyir ki, bankdan kredit almaq istəyən vətəndaş onun digər borcları barədə məlumat almaq üçün banka yazılı razılıq verir, valyuta əməliyyatları zamanı isə bunu etmir: "Deməli, bankların bir vətəndaşın ildə nə qədər dollar aldığını bilməsi bank sirrinin pozulması, vətəndaşın hüquqlarının tapdalanmasıdır. Dərəbəylikdir, başqa adı yoxdur".

Natiq Cəfərli: "Bizdə analoqu olmayan anormal sistemdir"

İqtisadçı Natiq Cəfərli hesab edir ki, qadağanı qoyan Mərkəzi Bankdır.

Onun fikrincə, bu, tamamiylə qanunsuz, məntiqsiz, həm də izahedici sənəd olmadan, tapşırıqla qoyulan mənasız qadağalar, məhdudiyyətlərdir: "Ötən ilin əvvəlindən başlayaraq Azərbaycanda hər bir vətəndaşa şəxsiyyət vəsiqəsilə 20 min manat ekvivalentində (11 min 750 dollar) xarici valyuta satışı həyata keçirilir. Limiti aşan vətəndaşlara bildirilmişdi ki, 1 il (12 ay) ərzində bu limiti keçənlərə banklar tərəfindən xarici valyuta satışı həyata keçirilməyəcək, limit yalnız 12 ay başa çatdıqdan sonra sıfırlanacaq. Ancaq hazırda 12 ay müddəti başa çatmış və buna görə banklara dollar almaq üçün müraciət edən vətəndaşlara bildirilir ki, limit Mərkəzi Bank tərəfindən sıfırlanmayıb, bu səbəbdən şəxsiyyət vəsiqəsilə dollar alışı mümkün olmayacaq".

Natiq Cəfərli

Natiq Cəfərli

Source: Meydan TV

İqtisadçı bildirir ki, qanunsuz və məntiqsiz qadağa qoymaları bir yana, 1 il müddəti bitən vətəndaşların limitini də sıfırlamırlar: "Vətəndaşlar bundan əziyyət çəkir, ancaq bu, bankların, eləcədə Mərkəzi Bank rəhbərliyinin vecinə deyil. Belə qadağalar, məhdudiyyətlər normal bazar iqtisadiyyatı olan ölkələrdə mümkün deyil, hətta belə qadağa tətbiq edən ölkə batar, milli valyutası devalvasiyaya uğrayar, investorlar ölkədən qaçar. Bizdə analoqu olmayan anormal sistemdir, məzənnə əmrlə təyin edilir, ona görə də xarici investorlar ölkədən yan gəzir. Bütün bunlar məhz belə mənasız qərarlara görə baş verir".

Natiq Cəfərlinin sözlərinə görə, əslində qərar o qədər məzmunsuzdur ki, vətəndaşları yan keçməyə sövq edir: "Məsələn, əgər mənim 11.700 dollarlıq limitim dolubsa, qardaşımın, bacımın, qonşumun, dost-tanışımın şəxsiyyət vəsiqəsini götürüb gedib dollar alacağam. Bu da mümkün olmasa, qara bazardan alacam - bu tipli məntiqsiz qərarlar zatən qara bazarı dirçəldir. Belə qərarlarla manatın məzənnəsini saxlamaq cəhdi tam fiaskodur, əksinə, tərs təpəcək, məzənnənin sonra daha sərt oynamasına səbəb olacaq. Dünyada iki məsələnin - pulun və ideyanın qarşısını inzibati yolla almaq mümkün deyil, heç totalitar sovetlər belə bunu bacarmadı".

Meydan TV-nin əlaqə saxladığı banklardan bildiriblər ki, qadağa ilə bağlı Mərkəzi Banka sorğu göndərmək lazımdır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə açıqlamasında deyib ki, qadağa tətbiqi onların göstərişi deyil, banklar özləri edir: "Biz maraqlıyıq ki, valyuta bazarda satılsın. Valyuta bazarı ilə bağlı siyasətimiz liberaldır. Hazırda valyuta bazarında defisit deyil, profisit var".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  7 May 2021
Featured in:  
Shortlink:   http://mtv.re/a06gt9

Most Viewed