Hesablama Palatası QHT Şurasını yoxlayır

Pozuntuların olduğu deyilir

Foto: Meydan TV


Pozuntuların olduğu deyilir

Hesablama Palatasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar apardığı bildirilir.

Bu barədə “Report” məlumat yayıb.

Bildirilir ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktını təsdiqləyib.

Palatadan bildirilib ki, yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Ana səhifəXəbərlərHesablama Palatası QHT Şurasını yoxlayır