Source: Meydan.TV

Həftəsonu ölkədə 38 nəfər koronavirusdan vəfat edib

Yoluxma sayı 2676 oldu

Sentyabrın 12-də Azərbaycanda 2676 adam COVİD-19 infeksiyasına yoluxub, 3893 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 38 xəstənin vəfat etdiyi göstərilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 460 min 92 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu deyib:

"Onlardan 409 min 404 nəfər müalicə olunaraq sağalıb, 6103 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 44 min 858 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 536, bu günə qədər isə 4 milyon 652 min 996 testin aparıldığı qeyd edilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/pxwrc2

Most Viewed