Hantavirus

Source: Foto: sosial şəbəkə

Caption: Hantavirus

“Hantavirus koronavirusun yeni dalğası deyil”

Ekspertlər narahat olmamağı tövsiyə edir

Çində hantavirusdan ölüm halı koronavirusun yeni dalğası demək deyil

Çində gəmiricilər tərəfindən yayılan hantavirus xəstəliyinə tutulmuş bir kişinin ölümü COVID-19 pandemiyasına bənzər yeni xəstəliyin yayılma qorxusuna səbəb olub. Lakin ekspertlər bu işin narahatlığa səbəb olmadığını vurğulayıb, - “Newsweek” xəbər verir.

Çinin dövlət “Qlobal Times” qəzeti xəbər verir ki, Tian soyadlı bir nəfər bazar ertəsi günü işləmək üçün Çinin şərqindəki Şandong şəhərinə gedərkən özünü narahat hiss edib. Şannxi əyalətinin şimal-qərbindəki Ningshan bölgəsindəki xəstəxanaya aparılan adam xəstəxanada ölüb. Onun hantavirusa yoluxduğu bəlli deyil.

“Qlobal Times” qəzetinin verdiyi məlumata görə, onunla səyahət edən 29 sərnişin hantavirusa qarşı test edilib. Nəticələr hələ açıqlanmayıb. Bu zaman COVID-19 üçün edilən testlər mənfi nəticələnib.

Dünyaya yayılmadan əvvəl heyvandan insana keçən virusla başlandığı düşünülən koronavirus pandemiyası çərçivəsində bu məlumat onlayn çaxnaşmaya səbəb olub.

“Hantavirus yeni hal deyil”,- ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri qeyd edib. Xəstəliyin insandan insana ötürülmə xüsusiyyəti çox nadirdir. Bu cür hallar əsasən Çili və Argentinada Andes virusu adlı hantavirusa yoluxmuş xəstələrlə sıx təmasda olan insanlarda qeydə alınıb.

Vuhan (Wuhan) Universitetinin viroloqu Yang Zhanqiu “Global Times”-a deyib: “Hantavirusdan narahat olmağa ehtiyac yoxdur.”

COVID-19 yayılmasını dayandırmaqda çətinliklərin bir hissəsi hələ də peyvəndin olmamasındadır. Bununla birlikdə Zhanqiu deyib:

“Hantavirus xəstəliyinin qarşısını almaq olar və ona nəzarət etmək mümkündür. Onun qarşısını alacaq vaksinlər var. Şəhərlərdə bu hal çox azdır, çünki xəstəlik əsasən siçovulların daha çox olduğu kəndlərdə olur”.

Yang deyib: “COVID-19-dan fərqli olaraq hantavirus əksər hallarda tənəffüs sistemi ilə keçmir. Lakin insan ifrazatı [aerozolların nəfəs yollarına düşməsi] və yoluxmuş xəstənin qanı virusu insanlara ötürə bilər”.

Hantavirus üç əsas sindroma səbəb olur, əsasən Avropa və Asiyada müşahidə edilən böyrək sindromu (HFRS) ilə hemorragik istilik; Avropada müşahidə edilən Nefropathia epidemiyası adlı HFRS-nin yumşaq versiyası və Amerikada müşahidə edilən hantavirus kardiopulmoner sindromu (HCPS).

Hər kəs hantavirusa tutula bilər, ancaq meşə təsərrüfatında və fermalarda işləyənlərin gəmirici daşıyıcılar ilə qarşılaşma riski daha yüksəkdir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/laktvq

Most Viewed