Gürcüstan pandemiya qaydalarını yüngülləşdirir

Qaxariya daha əvvəl Gürcüstanda “uyğun epidemioloji vəziyyət” səbəbindən karantin rejiminin 22 maydan sonra uzadılmayacağını açıqlamış və əlavə olaraq alınmış təcrid tədbirlərinin qaldırılacağını bildirmişdi.

Source: Foto: google.az


Artıq ölkədə sürücülər avtomobillərinə iki nəfərdən artıq sərnişin ala biləcəklər

Gürcüstanda koronavirusa görə sürücülərə və avtomobillərə qoyulan qadağa mayın 23-dən etibarən qaldırılır.

RFE/RL xəbər verir ki, təcrid tədbirləri yüngülləşdiyindən artıq ölkədə sürücülər avtomobillərinə iki nəfərdən artıq sərnişin ala biləcəklər.

Baş nazir Giorgi Qaxaria 22 mayda qeyd edib ki, bir sürücünün avtomobilində arxa oturacaqda ən çox iki sərnişin daşıma qaydası sadəcə yalnız taksilərə aid olacaq.

Qaxariya daha əvvəl Gürcüstanda “uyğun epidemioloji vəziyyət” səbəbindən karantin rejiminin 22 maydan sonra uzadılmayacağını açıqlamış və əlavə olaraq alınmış təcrid tədbirlərinin qaldırılacağını bildirmişdi.

Mayın 21-də gürcü millət vəkilləri hökumətə fövqəladə vəziyyət elan etmədən virusla mübarizə aparmaq üçün sanitariya məhdudiyyətləri qoymağa imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Gürcüstanın səhiyyə orqanlarının məlumatına görə, ölkədə 724 koronavirusa yoluxma hadisəsi və 12 xəstəlikdən ölüm hadisəsi qeydə alınıb.

Ana səhifəDünyaGürcüstan pandemiya qaydalarını yüngülləşdirir