Azərbaycan polisləri

Source: Foto: Turan İA

Caption: Azərbaycan polisləri

Güc və Hakimiyyət

Article was updated on :  21 June 2019

Prezident İlham Əliyev iyunun 20-də güc qurumlarının sıralarında rotasiya həyata keçirib.

24 illik staja malik daxili işlər naziri Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib. Əvvəllər bu vəzifəni Prezident Administrasiyasının rəhbəri, sovet partnomenklaturasının patriarxı Ramiz Mehdiyev yerinə yetirirdi. O, səhhəti ilə əlaqədar və prezident tərəfindən administrasiya idarəetməsinin mərkəzləşdirilməsinin güclənməsi şəraitində əvvəlki illərdə olduğu qədər fəal deyil.

Usubovun yerini onun yetişdirməsi və sadiq xidmət yoldaşı, 1-ci müavini 51 yaşlı Vilayət Eyvazov tutub. O, uzun illər beynəlxalq ictimaiyyətin böyük marağını cəlb edən trafikinqə qarşı mübarizə sahəsinə rəhbərlik edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, Milli Qəhrəman adına malik peşəkar polis Mədət Quliyev elə dünən yenidən bərpa edilmiş Müdafiə Sənayesi Nazirliyinin rəhbəri təyin edilib. Bu, onun ordunun silah təchizatı və silahların vəziyyəti, dolayısı ilə heç də yaxşı münasibətləri olmayan hərbiçilər üzərində nəzarəti gücləndirmək imkanı verəcək. Ən yeni nümunə hərbi komandanlığın və hərbi prokurorluğun saxta ittihamları ilə bir qrup zabitin işgəncəyə məruz qoyulması və öldürülməsi ilə nəticələnən "Tərtər işi"dir. İşin üstü DTX-də açılıb, zabitlər isə bəraət alıblar.

Quliyevin yerini dünənə qədər Baş Prokurorluq yanında antikorrupsiya idarəsinin rəis müavini, peşəkar çekist Əli Nağıyev tutub. O, doğma yerinə qayıdır, burada təcrübəli peşəkar kadrlara tələbat və sistemin müasir tələblərə və çağırışlara uyğun yenidən qurulmasına ehtiyac var. Nağıyev artıq xüsusi xidmətlərə nazirin birinci müavini vəzifəsində rəhbərlik edib.

Çağırışlar

Çekist-polis sisteminin belə gücləndirilməsi, ölkədə möhkəm qayda-qanunu qüsursuzca təmin etmiş qocaman polisin əsas koordinatora çevrilməsi dövlətin və cəmiyyətin dövlət maşınının səfərbər edilməsini tələb edən ciddi sınaq dövrünə qədəm qoyduğunu göstərir.

Ciddi sınaqlar sosial-iqtisadi böhrandan, cəmiyyətin bütün təbəqələrində artan narazılıqdan, islahatlara artan ictimai ümidlərdən, genişlənən informasiya azadlığından ibarətdir.

Xarici sınaqlar Qərbin islahatlar aparmaq tələbində, Qərbin regionda güclənməsindən Rusiyanın narazılığında, dərinləşən İran-ABŞ böhranında özünü büruzə verir.

Prezidentdən siyasi meydanda getdikcə daha çox üstünlük təşkil etməyə başlayan və ətrafında postsovet dövrünün gənc kadrlarından ibarət blok formalaşan və günün tələblərinə daha çox cavab vermək iqtidarında olan birinci vitse-prezident Mehriban Əliyevaya qədər hakimiyyətin mümkün tranzaksiyasını diqqətdən kənarda qoymamaq lazımdır.

Bu kadrlar bu gün struktur dəyişiklikləri və islahatlar prosesinə cəlb edilib, bu proses ardıcıl olmaması ilə fərqlənir ki, bu da klanların daxili fikir ayrılıqları və islahat aparmaq zərurəti və istəksizliyi arasında mübarizə ilə şərtlənib. Tranzaksiya nisbi zaman ala bilər və buna görə bu proses rejimin əleyhdarlarının və cəmiyyətin narazı təbəqələrinin kəskin şəkildə fəallaşması ehtimalına qarşı güc blokunun dəstəyini tələb edəcək.

İstənilən halda, 2015-ci ildə sistem böhranının başlamasından sonra az da olsa güclənən prosesin getdikcə daha dinamik və dramatik hal aldığını görürük. Dinamika Qərbin öhdəliklər və vədlər sahəsində təzyiqində və cəmiyyətin təzyiqində sezilir, bu, etiraz aksiyalarının sayının artmasında və müxalifətin yüksək məmurlara qarşı güclənən informasiya hücumlarında özünü göstərir, internet azadlığı şəraitində bu hücumlarda hakimiyyət uduzur.

Sonrakı dövrlərdə prezidentin dövlət idarəçiliyi sisteminin optimallaşdırılması üzrə, habelə əhali üçün sosial imtiyazlar sahəsində yeni addımlarının şahidi olmalıyıq. Qərblə münasibətlərdə hakimiyyət öhdəliklərin yerinə yetirilməsini maksimum uzatmağa çalışacaq. Hakimiyyətin fikrincə, bu öhdəliklərin həyata keçirilməsi sistemin və hakimiyyətin tranzaksiyası şəraitində rejimin təməlini zəiflədə bilər. O, həmçinin indiyədək ənənəvi olaraq etdiyi kimi, tarazlığın pozulmasına yol verməmək üçün digər güc mərkəzlərindən uzaq duracaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  21 June 2019
Featured in:  
Shortlink:   http://mtv.re/404j61

Most Viewed