Güc strukturlarına ayrılan vəsait artırıla bilər

Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 5,5 milyon manat vəsait proqnozlaşdırılıb.

Source: Foto: Meydan TV


Gələn ilin dövlət və icmal büdcələri layihələri müzakirə olunur

2020-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarına və prokurorluğa ayrılan vəsaitlərin artırılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri layihələrində bu sahələrin saxlanması üçün 5826,7 milyon manat vəsait nəzərdə tutulub. Bu, 2020-ci ilin dövlət büdcəsi xərclərinin 21,6 faizini təşkil edir. Bu istiqamətə ayrılan vəsait 2019-cu ilə nisbətən 1070,7 milyon manat və ya 22,5 faiz çoxdur.

Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 3853,6 milyon manatı və ya 66,1 faizi (2019-cu ilə nisbətən 666,0 milyon manat və ya 20,9 faiz çox) müdafia va milli təhlükəsizliyin maliyyələşdirilmasinə, 1973,1 milyon manat və ya 33,9 faiz (2019-cu ilə nisbətən 404,8 milyon manat və ya 25,8 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldiləcək.

2020-ci ilin dövlət büdcəsində kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyasının məbləğinin 2019-cu ildə orta hesabla 2,5 dəfə artırılması da nəzərə alınmaqla, bu məqsədlə 67,8 milyon manat vəsait nəzarda tutulub.

Aztəminatlı əhaliyə dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün növbəti ilin dövlət büdcəsində 5,5 milyon manat vəsait proqnozlaşdırılıb.

2020-ci ilin dövlət büdcəsinin müdafiə va milli təhlükəsizlik, məhkəma hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri bölmələrindan maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 320,1 milyon manat taşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 59,9 milyon manat və ya 23,0 faiz çoxdur.

Ana səhifəİqtisadiyyatGüc strukturlarına ayrılan vəsait artırıla bilər