Qonşusu Fürduz Dəmirova, oğlu Ariz və qızı Fəridə ilə birlikdə Sahilə Ələkbərovanı döyüblər.

Source: Foto: Meydan tv

Caption: Qonşusu Fürduz Dəmirova, oğlu Ariz və qızı Fəridə ilə birlikdə Sahilə Ələkbərovanı döyüblər.

"Qadını ata bağlayıb yerlə sürüdülər"

Article was updated on :  10 October 2019

Hadisə rayon polisi tərəfindən araşdırılır

Goranboy rayonunda 35 yaşlı Sahilə Ələkbərovanın qonşusu ilə mübahisə zəminində ata bağladılaraq, yerlə sürüdülməsi barədə məlumat yayılıb.

Report” saytına rayonun Əlirzalı kəndinin sakinləri bildiriblər ki, qadın bir həftə öncə itən atını axtarırmış. Atın qonşunun həyətində olduğunu görüb və qaytarılmasını tələb edib. Qonşusu Fürduz Dəmirova, oğlu Ariz və qızı Fəridə ilə birlikdə Sahilə Ələkbərovanı döyüblər.

“Onlar S.Ələkbərovanı döyərək əl-ayağını kəndirləyiblər, daha sonra isə ata bağlayaraq küçədə sürütləyiblər. Biz də səs-küyə gəldik, iki qonşu kişi qadının əl-qolunun kəndirini açıblar”, - kənd sakinləri deyiblər.

Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov isə Sahilə Ələkbərovanın döyülmə faktını təsdiq etsə də, ata bağlanıb, sürüdülmək xəbərini təkzib edib.

“Qadının əl-ayağı kəndirlə bağlanıb və sürütləyərək küçəyə çıxarılıb. Ancaq məndə qadının ata bağlanaraq sürüdülməsi haqqında məlumat yoxdur. Sadəcə, qadını özləri sürütləyərək yaşadığı evə aparmaq istəyiblər. Bu zaman səs-küyə gələn qonşular qadını onların əllərindən alıblar. Atın oğurlanması və ya ata bağlanaraq sürütlənməsi məsələsi barədə eşitməmişəm, yalan söhbətdir. At, sadəcə, onların həyətinə keçib, bu qadın da oğurlandığından şübhələnib və ona görə də aralarında mübahisə yaranıb”, - Nizadil Hüseynov deyib.

Sahilə Ələkbərova Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə Goranboy Rayon Polis Şöbəsinə aparılıblar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  10 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/4fz25y

Most Viewed