Source: Meydan Tv

Gəncə işində ömürlük həbs tələbi

Məhkəmədə qalmaqal yaşanıb

Gəncə hadisələrinə görə həbs olunanlardan Oqtay Hüseynzadəyə prokuror ömürlük həbs cəzası verilməsini istəyib. O isə qışqırıb etiraz edərək, günahsız olduğunu, əgər cəza verilərsə, intihar edəcəyini, ölümünə görə məsuliyyətin də Azərbaycan hökumətinin üzərində qalacağını bildirib. Bunlar avqustun 15-də Sabunçu Rayon Məhkəməsində baş verib.

O.Hüseynzadə daha altı nəfərlə - Ürfan Məmmədov, Hüseyn Bayramov, Rauf Bayramov, Eşqin Quliyev, Abbas Abbasov və Elşən Məmmədovla birlikdə mühakimə olunur. Hüseyn və Rauf Bayramovlar ata-oğuldular. Prokuror bu 6 nəfərə 4 ildən 20 ilə qədər cəza istəyib. Müddətli cəzalardan ən azı Rauf Bayramova (4 il), ən çoxu isə Ürfan Məmmədova (20 il) istənilib.

Prokuror R.Bayramova qarşı ittihamın dəyişməsini və onun ancaq cinayəti bilib xəbər verməməkdə təqsirli bilinməsini istəyib. R.Bayramovun atası H.Bayram üçünsə 10 il azadlıqdan məhrumetmə təklif edib.

Məhkəmədə vəkillərlə hakimlər arasında da qalmaqal yaranıb. Çünki prokuror istintaqın yekunlaşması barədə vəsatət qaldıranda hakim Xaqani Səmədovun onu müdafiə etməsi narazılığa səbəb olub.

“Axı keçən dəfə məhkəməni təxirə salanda özünüz dediniz ki, kifayət qədər vaxt verirəm, vəsatətlərinizi hazırlayın. Biz də hazırlamışıq. Bizim vəsatətlərimiz, araşdırılmasını tələb etdiyimiz məsələlər var. Siz isə deyirsiz ki, istintaq yekunlaşır”, - deyə vəkillər etiraz edib.

Hakim vəkillərin üstünə qışqırıb. Qalmaqalla əlaqədar fasilə elan olunub və fasilə vaxtı hakim Vəkillər Kollegiyası ilə əlaqə saxlayıb, vəkillərdən şikayətlənib.

Fasilədən sonra vəkillər hakimlər heyətinə etiraz veriblər. Bildiriblər ki, bu tərkibin iş üzrə obyektiv, ədalətli qərar çıxaracağına əsaslı şübhələr var. Çünki hakimlər öz hərəkətlərilə göstərib ki, obyektiv araşdırma aparmaqda maraqlı deyillər.

Vəkillər fasilə vaxtı hakimin Vəkillər Kollegiyasının rəhbərliyinə zəng eləyib, onların cəzalandırılmasını istəməsindən də xəbərdar olduqlarını, bu cür addımların vəkillərin fəaliyyətinə təzyiq olduğunu vurğulayıblar.

Hakimlərə etiraz baxılmamış saxlanılıb.

Prokuror Fuad Musayev çıxış edib təqsirləndirilən şəxslərə ağır cəzalar istəyərkən məhkəmə zalında səs-küy yaranıb. Təqsirləndirilən şəxslər və onların yaxınları etiraz ediblər. Valideynlərdən bir neçəsinin vəziyyəti pisləşib. Məhkəməyə təcili yardım çağırılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis Şöbəsinin rəis müavini Səməd Abbasovu öldürməkdə ittiham olunan Rəşad Babakişiyev də bu 7 nəfərlə birlikdə təqsirləndirilən şəxsdir. Lakin o, Gəncə hadisəsindən bir müddət sonra öldürüldüyünə görə prokuror çıxışında onun haqqında cinayət işinə xitam verilməsini istəyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/odrzn9

Most Viewed