Gənc Səslər

Meydan TV və IPHR “Gənc Səslər” proqramı üçün müraciət etməyə çağırır. Bu müraciət hazırda ölkədə baş verən mülki, sosial, mədəni və siyasi mövzularda gənclərin baxışı ilə yazılmış tematik materiallar hazırlamaq istəyən, Azərbaycandan olan jurnalistlər, yazıçılar, blogerlər və məzmun yaradıcılarına yönəldilib.

Source: Meydan Tv



Meydan TV və IPHR “Gənc Səslər” proqramı üçün müraciət etməyə çağırır. Bu müraciət hazırda ölkədə baş verən mülki, sosial, mədəni və siyasi mövzularda gənclərin baxışı ilə yazılmış tematik materiallar hazırlamaq istəyən, Azərbaycandan olan jurnalistlər, yazıçılar, blogerlər və məzmun yaradıcılarına yönəldilib.

Proqram gənc məzmun yaradıcılarına beynəlxalq şöhrət qazanmaqla yanaşı, peşəkar mentorluqdan faydalanmaq fürsəti də təqdim edir.

Müraciət edənlərdən bir

ərizə formasını

doldurmaları və yazacaqları bir media işində vurğulamaq istədikləri bir fikri təqdim etmələri istənəcəkdir.

Buraya ilkin potensial mövzular daxil edilsə də, aşağıdakılarla məhdudlaşmır:



Ekoloji ədalət



Yoxsulluq və digər sosial problemlər



Təhsil almaq haqqı



Mədəni haqlar



Xüsusi ehtiyacı olan insanlar



Mənzil və mülkiyyət hüquqları



Din və etiqad azadlığı



İctimai sahələrin özəlləşdirilməsi ·



Gender bərabərliyi



LGBTQ + hüquqları



Korrupsiya və digər siyasi problemlər



İfadə azadlığı

Proqram aylıq olaraq Azərbaycan və ingilis dillərində hazırlanan ümumilikdə 18 orijinal media hekayəsini yayımlayacaq. Müəlliflərin son seçimi maksimum fikir müxtəlifliyini əhatə etməyə, cinsi tarazlığı təmin etməyə və janr müxtəlifliyinə (məqalələr, video hekayələr, multimediya hekayələri, cizgi filmləri, satira və s.) icazə verməyə cəhd edəcək. İştirakçılar məqalələri öz adları və/və ya istədikləri ləqəb ilə dərc edə bilərlər.

Meydan TV-nin redaktorları araşdırma, hazırlama və redaktə prosesi zamanı iştirakçılara mentorluq edəcək. Ortaya çıxan media işləri Meydan TV-də və IPHR-in bloqunda yeni multimedia rubrikasının bir hissəsi kimi yerləşdiriləcək. Proqram, ortaya çıxan jurnalistlərə ölkənin aparıcı media qurumunun rəhbərliyi altında etibarlı şəkildə işə başlamaqlarına imkan verəcəkdir. Eyni zamanda, proqram müxtəlif, yenilikçi və cəlbedici formatlarda olan insan hüquqları ilə bağlı mövzular haqqında ictimaiyyəti daha da məlumatlandıracaq. Proqramın sonunda ən yaxşı məqalənin müəllifi mükafata layiq görüləcək. Qalib Meydan TV, IPHR və dəvət edilmiş mütəxəssislərin ortaq şəkildə apardığı şəffaf qiymətləndirmə ilə müəyyənləşdiriləcək.

Müraciət üçün son tarix 28 fevral 2021-ci ildir.


ƏRİZƏ FORMASI:



https://docs.google.com/forms/d/e/1FAIpQLSepYxu2bnwjtyBZYBxy3G6dg-6KAuNcnROY9sCrKmXP1SaEKA/viewform?usp=sf_link

Ana səhifəXəbərlərGənc Səslər