Rüstəm İsmayılbəyli

Source: Foto: sosial şəbəkə

Caption: Rüstəm İsmayılbəyli

Gənc fəal “təhsil məhbusu” oldu

Article was updated on :  1 June 2020

Rüstəm İsmayılbəyli inzibati həbs cəzası aldı

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti günün ikinci yarısında aksiyada saxlanılar haqqında məlumat yayıb.

Mətbuat xidməti saxlanılan aksiya iştirakçılarının Nərimanov Rayon Məhkəməsinə aparıldığını qeyd edib:

“7 nəfərdən 6-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) maddəsi ilə inzibati hüquqpozma haqqında protokol tərtib edilib. Onlar 100-200 manat cərimələnərək sərbəst buraxılıblar. Rüstəm İsmayılbəyli haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələri ilə 15 sutka inzibati həbs cəzası çıxarılıb”.

İyunun 1-də bir qrup tələbə və ictimai fəal COVİD 19 pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin dövründə təhsil haqlarının tələb edilməsinə qarşı çıxıb, bununla bağlı Təhsil Nazirliyi qarşısında aksiya keçirib. Aksiyaçılar polis təzyiqi ilə üzləşiblər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  1 June 2020
Featured in:  
Shortlink:   http://mtv.re/ir6wyh

Most Viewed