Şakir Hacıyev və qızı Zibeydə Adilzadə Füzuli rayonunda

Source: Meydan TV

Caption: Şakir Hacıyev və qızı Zibeydə Adilzadə Füzuli rayonunda

Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı yaxınları ilə birgə minaya düşüb

Partlayış 5 mülki şəxsin həyatına son qoyub

Noyabrın 28-də, saat 3 radələrində Füzulinin Aşağı Seyidəhmədli kəndində 5 nəfər mülki şəxs minaya düşüb. Olduqları avtomobilin tank əleyhinə minaya düşdüyü ehtimal edilən Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov, Elminaz Hacıyeva və Zibeydə Adilzadə həlak olublar.

Hadisə ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu da məlumat yayıb. Bildiriblər ki, hadisə yerinə və meyitlərə baxış keçirilib:

“Məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib”.

Pokurorluq vətəndaşların minaya düşdüyünü təsdiqləyib. Bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərə qarşı cinayət əməlləri törədib:

“Həmin vətəndaşlar avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar”.

Bu gün həlak olanlardan Zibeydə Adilzadə daha öncə də işğaldan azad edilmiş Füzuli şəhərinə gedib. Bu barədə sosial media hesabında paylaşım da edib.

“Söz vermişdim ki, Füzuli şəhərinə gedən ilk qadın mən olacağam. Bu qeyri-adi sevinci mənə yaşatdığı üçün həyatımda çox dəyərli olan iki insana, atam Şakir Hacıyevə və 15 ildir mənə əsl dostluq edən, çətin günlərimdə yanımda olan Samir müəllimə sonsuz təşəkkürümü bildirirəm. Keçirdiyim hisslərə gəlincə, orada yalnız gözlər və göz yaşları danışdı. 18 ildir itirdiyim anamı və uşaqlıq xatirələrimi tapdım... Ana, vətən kəlimələrini bir daha dərindən dərk etdim. Gəzməyə də, ölməyə də vətən yaxşı!” - Zibeydə Adilzadənin noyabrın 13-də paylaşdığı statusunda belə deyilir.

Zibeydə Adilzadə

Zibeydə Adilzadə

Source: Meydan TV

Ailəni tanıyan mənbə isə Meydan TV-yə bildirib ki, Hacıyevlər bununla 3-cü dəfədir işğaldan azad edilmiş ərazilərə gedirlər:

“Düzdür, sadə vətəndaşlar o ərazilərə tək, özbaşına gedə bilməzlər. Görünür, Şakir Hacıyev keçmişdə vəzifədə işləməsindən və şəxsi tanışlıqlarından istifadə edib. Zibeydə Adilzadə özü və bir neçə qohumları da icra hakimiyyətində işləyir. Həlak olanlar Şakir Hacıyevin bacısı, qardaşı, qızı və çox güman bacısının oğludur. Onlar Füzuli şəhərindəndir. Aşağı Seyidəhmədli kəndinə niyə getdikləri məlum deyil”.

Şakir Hacıyev vaxtilə Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. Sonradan işdən çıxarılıb və həbs edilib. Həbs edilmə səbəbi isə onun Bakının Binəqədi rayonu ərazisində yaşadığı mənzildə axtarış aparılarkən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilərək saxlanılmış odlu silah hesab edilən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha aid içərisində 5 ədəd 9 mm kalibrli patronlar olan sandıqça aşkar edilərək götürülməsidir. Faktla bağlı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi də açılmışdı. Səbail Rayon Məhkəməsinin qərarı ilə Şakir Hacıyev həbs edilmişdi.

Bir neçə il sonra o sərbəst buraxılmışdı. O, Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə təqsirli bilinmişdi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vvbhcq

Most Viewed