Fransa “qəbuledilməz” şərhlərə görə Türkiyədəki səfirini geri çağırıb

Ərdoğan və Makron bundan öncə də dəfələrlə qarşıdurma yaşayıb.

Source: Specify Source


Rəsmi Fransa Ərdoğanı qınayıb

Fransa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Emmanuel Makronun ruhi sağlığı və müsəlmanlarla rəftarı ilə bağlı şərhlərinə görə qınayıb, – CNN xəbər verir.

Ərdoğan şənbə günü Fransa prezidentinin ölkədəki müsəlmanlara qarşı münasibətinə görə “mental müalicəyə” ehtiyac olduğunu deyib.

“Makronun İslamla problemi nədir? Müsəlmanlarla problemi nədir?”- Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridəki toplantısında çıxış edərkən deyib.

“Makronun mental müalicəyə ehtiyacı var. Dini etiqad azadlığına inanmayan və öz ölkəsində yaşayan milyonlarla fərqli inanclı insanlara qarşı bu şəkildə davranan bir dövlət başçısı haqqında başqa nə demək olar?”- Ərdoğan əlavə edib.

Makron 16 oktyabrda Samuel Patynin başının kəsilməsindən sonra Fransada radikal islamizmə qarşı sərt mübarizə aparacağına demişdi.

Tarix müəllimi olan və ifadə azadlığından dərs deyən Paty dərslərində satirik qəzet “Charlie Hebdo”-da dərc olunmuş Məhəmməd Peyğəmbərin karikaturalarını istifadə etdikdən sonra Paris ətrafında öldürülüb.

“Hadisə Fransada dünyəvilik, islamçılıq və islamofobiya mövzusunda gərginliyi yenidən artırıb”, – CNN bildirib.

Rəsmi Fransa şənbə günü Ərdoğanı qınayaraq şərhlərinin “qəbuledilməz” olduğunun deyib.

“Kobudluq bir metod deyil. Ərdoğandan siyasətinin gedişatını dəyişdirməsini tələb edirik, çünki bu, hər cəhətdən təhlükəlidir. Biz gərəksiz polemikalara girmirik və təhqirləri də qəbul etmirik”,- Yelisey Sarayının sözcüsü deyib.

Sözcü Fransanın “davam edən vəziyyətin qiymətləndirilməsi” üçün Ankaradakı səfirini geri çağırdığını deyib.

O, həmçinin “Samuel Patynin öldürülməsindən sonra Türkiyə prezidentindən başsağlığı və dəstək mesajlarının olmamasına” diqqət çəkərək əvəzində Ərdoğanın fransız məhsullarını boykot etməyə çağırışını “çox təhqiramiz” olduğunu vurğulayıb.

Ərdoğan və Makron bundan öncə də dəfələrlə qarşıdurma yaşayıb.

Keçən ay Makronun Türkiyəni Şərqi Aralıq dənizindəki mübahisəli fəaliyyətlərinə görə tənqid etməsindən sonra Ərdoğan fransız həmkarına “Türk milləti və Türkiyə ilə işin olmasın” deyə xəbərdarlıq etmişdi.

Şənbə günü Pakistanın Baş naziri İmran Xan da Makronu İslamizmə münasibətinə görə tənqid edib və onu “İslama hücum etməkdə” günahlandırıb.

“Dünyanın istədiyi və ya ehtiyacı olan son şey qütbləşmədir. Cahilliyə əsaslanan açıq bəyanatlar, ekstremistlər üçün daha çox nifrət, islamofobiya və yer yaradacaq. İslamı və Peyğəmbərimizi hədəf alan karikaturaların nümayişini təşviq etməklə” deyə Xan “Twitter” hesabında qeyd edib.

Xan həmçinin bildirib ki, Makron Avropadakı və dünyadakı milyonlarla müsəlmanın hisslərinə hücum edir və onları incidir.

Ana səhifəDünyaFransa “qəbuledilməz” şərhlərə görə Türkiyədəki səfirini geri çağırıb