“Forsaj 9” filminin premyerası reallaşıb

Filmlərin ümumi kassa gəliri 5,1 milyard dolları keçib.

Source: Specify Source


Filmlər 2001-2019-ci illərdə istehsal olunub

Ötən həftə sonu “The Fast and the furious” seriyasından olan “Forsaj 9” filminin premyerası nəhayət, reallaşıb.

Pandemiyaya görə təqdimatı bir neçə dəfə ertələnən döyüş filminin çəkilişləri Los-Anceles, Edinburq, Tayland, London, Tiflislə yanaşı, Azərbaycanda aparılıb.

Bakıdakı çəkilişlər “Universal Pictures” studiyasıyla “Baku Media Center” arasında imzalanan müqavilədən sonra reallaşıb.

Filmdə Vin Dizel, Mişel Rodrigez, Cordana Bruster, Tayres Gibson, Con Sena, Helen Mirren və Şarliz Teron çəkilib.

188250190_3157435071157410_1699066723202101697_n.jpg
Bakıdakı çəkilişlər “Universal Pictures” studiyasıyla “Baku Media Center” arasında imzalanan müqavilədən sonra reallaşıb.

“Forsaj” (“The Fast and the Furious”) səkkiz tammetrajlı və iki qısametrajlı filmdən ibarətdir.

Bu filmlər 2001-2019-ci illərdə istehsal olunub.

“Forsaj” filmləri “Universal Pictures” studiyasının ən böyük və gəlirli layihəsi hesab edilir.

Filmlərin ümumi kassa gəliri 5,1 milyard dolları keçib.

188895237_3157435101157407_7200611100076551842_n.jpg
Filmlərin ümumi kassa gəliri 5,1 milyard dolları keçib.
Ana səhifəMədəniyyət“Forsaj 9” filminin premyerası reallaşıb