Flora Kərimova

Source: Flora Kərimovanın şəxsi arxivindən

Caption: Flora Kərimova

Flora Kərimova “Şərəf” ordeni aldı

Xalq artisti bundan sonra Prezidentin fərdi təqaüdünü alacaq

Xalq artisti Flora Kərimova Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 31-də sərəncam imzalayıb.

İlham Əliyevin imzaladığı digər sərəncamla Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verilib.

Flora Kərimova 1941-ci ildə Bakıda anadan olub. O, 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1964-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib.

F.Kərimova 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirərək həkim ixtisasına yiyələnib, 1977-ci ildə isə Bakı Musiqi Akademiyası vokal sinfini qurtarıb. 1992-ci ilin noyabrında Azərbaycan Xalq artisti mükafatını alıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/s2q4c7

Most Viewed