Feministlər Polanskinin yeni filminin nümayişinə mane olub

Fəallar afişaları cırıb və filmi boykot etməyə çağırıblar

Source: A


Fəallar afişaları cırıb və filmi boykot etməyə çağırıblar

Polşa əsilli rejissor Roman Polanskinin film karyerası nə qədər uğurludursa, şəxsi həyatı bir o qədər keşməkeşlidir.

Xüsusilə, son illərdə cinsi istismarda günahlandırılması onu ən çox müzakirə edilən şəxsə çevirib.

Ötən gün Paris kinoteatrlarından birində Polanskinin yeni “J'accuse” filminin ilk nümayişi təxirə salınıb.

“РИА

Новости

” nümayişə feministlərin mane olduğunu yazır.

Kinoteatrın qarşısına toplaşan qırxa yaxın fəal girişi bağlayıb, afişaları çırıb və adamları rejissorun filmini boykot etməyə çağırıblar.

Boykota bu il noyabrın 8-də “Parisien” qəzetində keçmiş aktrisa və maniken Valentin Monyenin 1975-ci ildə 18 yaşında olarkən Polanski tərəfindən döyülərək zorlanması iddiası səbəb olub. Rejissor özü isə deyilənləri inkar edir.

Roman Polanski bundan öncə də zorlanmada ittiham olunub.

Samanta Qeymer başına gələnlərlə bağlı “Moi, Samantha, 13 ans, violée parRoman Polanski” (“Mən, Samanta, 13 yaşındayam, Roman Polanski məni zorladı”) adlı kitab yazmışdı.

Rejissor Samanta Qeymeri 1977-ci ildə 13 yaşında olarkən zorladığını etiraf etmişdi.

Zorlama hadisəsi məşhur aktyor Cek Nikolsonun evində foto seans zamanı baş verib. O zaman məşhur rejissor Roman Polanskinin 43, Samanta Qeymerin isə 13 yaşı olub. Məlum hadisədən sonra 42 gün həbsdə yatan Roman Polanski qeyri-qanuni cinsi əlaqəyə girməkdə ittiham olunub. Bundan sonra rejissor ABŞ-dan qaçıb və uzun müddət Amerika məhkəməsinə təslim olmayıb.

Bu hadisədən sonra Amerika Kinoakademiyasının rəhbərliyi rejissoru akademiya üzvlüyündən çıxarıb.

Kventin Tarantionun çəkdiyi “Bir dəfə Hollivudda” (2019) filminin ssenarisi də Polanskinin tragik həyatından götürülüb.

Roman Polanskinin 2002-ci ildə öz həyatının motivlərindən istifadə edərək çəkdiyi “Pianoçu” filmi isə üç “Oskar”, iki “BAFTA” və “Palm Dor” mükafatlarını qazanıb.

Zorlamaya görə Amerikaya girişinə qadağa qoyulduğu üçün “Ən yaxşı rejissor” mükafatını onun əvəzinə aktyor Harrison Ford alıb.

Ana səhifəDünyaFeministlər Polanskinin yeni filminin nümayişinə mane olub