Europol: COVID-19 təcridi dövründə onlayn uşaq cinsi istismarı artıb

De Bol deyib ki, cinsi istismarçılar uşaqların internetlə keçirdiyi zamandan istifadə etməyə çalışırlar, çünki təcrid zamanı onlar onlayn dərslərə, bəzən lazımi səviyyədə təhlükəsizliyi təmin olunmayan platformalar vasitəsilə cəlb edilirlər.

Source: Foto: google.az


Faktlar 27 ölkənin hüquq-mühafizə orqanlarının məlumatları əsasında hazırlanıb

COVID-19 pandemiyası zamanı Avropa İttifaqında (Aİ) uşaqların onlayn seksual istismarı artıb, – Aİ hüquq-mühafizə orqanının rəhbəri Europol bazar ertəsi bildirib. “Reuters” xəbər verir ki, qurum məktəblərin açılmasıyla istismar hallarının daha da artacağını xəbərdarlıq edib.

Epidemiya zamanı bir çox insan internetdə işləmək və alış-veriş etmək məcburiyyətində qaldığı üçün kibercinayətlərin sayı artıb.

“Ən çox narahatlıq doğuran məqam uşaq cinsi istismar materiallarını axtaranların internet fəaliyyətinin artmasıdır”,- Europol direktoru Katerin De Bol (Catherine De Bolle) Avropa Parlamentində çıxışı zamanı deyib.

Belçika polisinin keçmiş rəhbəri olmuş De Bol pedofil fəaliyyətinin artması haqda faktların AB-nin 27 ölkəsinin milli hüquq-mühafizə orqanlarının məlumatları əsasında hazırlandığını bildirib. Milli mühafizə orqanları qanunsuz veb saytlara daha çox girişin olduğunu bəyan edərək, bir çox uşaq cinsi materialı mübadiləsini həyata keçirən onlayn platformaları bağlayıb.

O deyib ki, Europol müstəntiqləri internetin yalnız müəyyən bir proqram təminatı və ya icazə ilə əldə edilə bilən bir hissəsində (the dark web) uşaqlara daha asan çıxış əldə edən cinayətkarları da yaxalayıblar.

De Bol deyib ki, cinsi istismarçılar uşaqların internetlə keçirdiyi zamandan istifadə etməyə çalışırlar, çünki təcrid zamanı onlar onlayn dərslərə, bəzən lazımi səviyyədə təhlükəsizliyi təmin olunmayan platformalar vasitəsilə cəlb edilirlər.

“Biz uşaqların yenidən məktəbə gedə biləcəyi və müəllimlərlə danışma imkanlarının olacağı təqdirdə vəziyyəti daha aydın dəyərləndirə biləcəyik”, – o, parlamentin deputatlarına deyib.

Bir çox Avropa ölkəsində məktəblər hələ də pandemiya səbəbindən bağlıdır.

Ana səhifəDünyaEuropol: COVID-19 təcridi dövründə onlayn uşaq cinsi istismarı artıb