Ermənistana silah satışının araşdırılması üçün Serbiya Azərbaycana nümayəndə heyəti göndərəcək

Telefon danışığı zamanı Serbiyanın Ermənistana silah satması məsələsi müzakirə edilib.

Source: Azertac


Serbiya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiçlə İlham Əliyev arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Serbiyanın Ermənistana silah satması məsələsi müzakirə edilib.

Aleksandr Yuçiç Tovuz istiqamətində iyul ayında baş verən döyüşlərdə Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Daha sonra Serbiya prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

İlham Əliyev faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün Serbiyadan yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı məmnunluqla qarşılayıb.

İyulun 19-da “haqqin.az” informasiya portalı “hərbi mənbələr”ə əsaslanaraq xəbər yaymışdı ki, Azərbaycanla Ermənistan arasında baş vermiş silahlı qarşıdurmadan bir neçə gün əvvəl Tovuz-Tavuş rayonu sərhədində Serbiyadan Yerevana müxtəlif kalibrli minaatan döyüş sursatının iri partiyası çatdırıb. Silahların Gürcüstandan tranzitlə daşındığı

bildirilib

.

İyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və bu məsələ onun qarşısında

qaldırılıb

.

Serb tərəfi silah satışını etiraf edib. Ölkənin ticarət və telekommunikasiya naziri

Rasim Ljajic

bildirib ki, hazırda Ermənistana qarşı Avropa İttifaqı, BMT, ABŞ və Rusiya sanksiyaları mövcud deyil və rəsmi sanksiyaların olmadığı təqdirdə, hər hansı dövlətin, bu halda Ermənistanın istəyini rədd etmək çox çətindir. Bundan başqa nazir deyib ki, silah satışını dövlət şirkəti yox, özəl şirkət həyat keçirib.

Ana səhifəSiyasətErmənistana silah satışının araşdırılması üçün Serbiya Azərbaycana nümayəndə heyəti göndərəcək