Ermənistan vətəndaşlarının məhkəməsi

Source: Sputnik

Caption: Ermənistan vətəndaşlarının məhkəməsi

Ermənistan vətəndaşlarının məhkəməsi bütün jurnalistlərə açıq deyil

Daha 14 Ermənistan vətəndaşının məhkəməsi başladı

Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarından daha 14 nəfərinin məhkəməsi başlayıb. Terrorçuluq, qanunsuz silah saxlama və başqa cinayətlərdə ittiham olunan 14 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

İyunun 16-da məhkəmənin hazırlıq iclası keçirilib. Məlum olub ki, bu məhkəmə prosesinə yalnız adı məhkəməyə göndərilmiş siyahıda olan media orqanlarının əməkdaşları buraxılır. Beləliklə, bir çox KİV-lərin nümayəndəsi məhkəmə zalına buraxılmayıb.

Məhkəmədə hakim təqsirləndirilən şəxslərin anket məlumatlarını dəqiqləşdirib, onlara hüquq və vəzifələri izah olunub. Təqsirləndirilən şəxslərlə ünsiyyət Azərbaycan dilindən erməni dilinə tərcümə edən iki nəfər tərcüməçi vasitəsilə həyata keçirilib.

Hakim telekanallara məhkəmə zalında çəkiliş aparmağa icazə verib. Təqsirləndirilən şəxslərin vəkilləri video çəkiilişlərin dayandırılmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.

Vəkil Mətanət Eyvazova isə təqsirləndirilən şəxslərin həbsdə saxlanma müddətinin 2020-ci ilin dekabrından hesablanması barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, onlar dekabrda saxlansa da, həbs müddəti onlara ittiham verildiyi dövrdən fevral-mart aylarından hesablanıb.

Bu vəsatət də təmin edilməyib. Məhkəmə qərarını belə əsaslandırıb ki, təqsirləndirilən şəxs barəsində nə vaxt həbs qətimkan tədbiri seçilirsə, həbs müddəti də o vaxtdan hesablanır.

14 nəfər Ermənistan vətəndaşının işi üzrə məhkəmə baxışı iyunun 25-nə təyin edilib.

Qraç Avakyan, Gevorq Asetryan, Edqar Matesyan, Mkrtiç Minosyan, Aram Minasyan, Romik Sedrakyan, Geğam Serobyan, Albert Petrosran, Yuri Karapetyan, Volodiya Hakobyan, Kamo Sefilyan, Qor Qasparyan, Armen Baqasyan və Sisak Yenqoyan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən terrorçuluq), 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz silah-sursat saxlama), 279.2 (qanunsuz silahlı birləşmələrlə basqın) və 318.2 (mütəşəkkil dəstə tərəfindən Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham olunur.

Məhkəmə baxışı iyunun 25-ə təyin edilib.

Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşları haqqında cinayət işləri araşdırılması üçün məhkəmələrə göndərilib. Onlardan birinin işi bugünlərdə yekunlaşıb və 20 il azadlıqdan məhrum edilib. İki nəfərin mühakiməsi daham edir. Daha bir neçə iş üzrə məhkəmə prosesi yaxın günlərdə başlanacaq.

Təqsirləndirilən şəxslərin əksəriyyəri işgəncə vermə, terrorçuluq kimi ittihamları qəbul etmirlər. Bir neçəsi yalnız Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə görə özünü qismən təqsirli bilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/kal8o3

Most Viewed