Source: RİA-Novosti

Ermənistan-Azərbaycan sərhədində rusiyalı sərhədçilər yerləşdiriləcək?

Ermənistanın Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin yerləşdiriləcəyini elan edib. Bu barədə iyunun 21-də “Sputnik Ermənistan” xəbər verib.

“Geqarkunik vilayətində rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə danışıqlar gedir, lakin son qərar hələ verilməyib”, -Ermənistan Baş qərargahının rəisi Artak Davtyan çərşənbə axşamı jurnalistlərə deyib.

Bundan əvvəl Geqarkunikin qubernatoru Qnel Sanosyan “Sputnik Ermənistan”a söyləyib ki, Azərbaycan hərbi hissələrinin Ermənistan Respublikası ilə sərhədi pozduğu sahələrdə yaxın günlərdə rusiyalı sərhədçilər yerləşdiriləcək. Onun söylədiyinə görə, qərar təkcə erməni tərəfindən asılı deyil, danışıqlar davam edir.

Sanosyan bəyan edib ki, vilayət administrasiyasının rəhbəri kimi, müvafiq məlumata malikdir. Onun dediyinə görə, üçtərəfli danışıqlar gedir, Rusiya yaxın günlərdə bölgədə mövcudluğunu təsdiqləyəcək: “Hərbçilər Azərbaycanın pozduğu sahələrdə yerləşdiriləcək”.

“Həm biz, həm onlar (azərbaycanlılar) qoşunları geri çəkəcək. Zənnimcə, bu, hər an partlamağa hazır vəziyyətdə toqquşmanın və atışmanın meydana gəlməməsi üçün yaxşı qərardır. Sərhəddə sabitlik qurulacaq”, – Sanosyan deyib.

Bundan əvvəl Ermənistanın müdafiə naziri vəzifələrini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə FTX sərhədçilərinin Ermənistanla Azərbaycan sərhədində – Sünik və Geqarkunik vilayətlərində yerləşdirilməsi ehtimalını müzakirə edib.

“Son tarix və texniki detallar müəyyənləşəndə, bu barədə əlavə məlumat verəcəyik”, – Davtyan söyləyib.

Baş qərargahın rəhbəri “Azərbaycan tərəfinin razılığı alınıbmı” sualına cavab olaraq qeyd edib ki, Ermənistan ərazisi ilə bağlı məsələlər üzrə “Azərbaycandan heç nə soruşmaq lazım deyil”. Əvəzində Rusiya tərəfi ilə danışıqlar gedir. Azərbaycanın Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8n4u1v

Most Viewed