Source: Meydan Tv

Əliyevin hakimləri və “islahat"ları

Türkmənistan olmadan Şimali Koreyamı oluruq?

Azərbaycanı absurdlar ölkəsinə çevrmək istəyirlər və bir absurd digərini unutdurduqca cəmiyyət də bunu asanca həzm edə bilir. Yeri gəlmişkən, insanlarımızın belə bir xüsusiyyəti də var; boğazında balıq sümüyü qalanda onu geri çıxarmaq istəmir, üstündən quru çörək yeyir ki, aşağı düşsün və rahatca həzm etsin, hətta sonrakı fəsadlarını da nəzərə almırlar...

Azərbaycan hakimiyyətinin “islahat”ları da təxminən belədir. Bir “islahat”ın doğurduğu nəticəni rahat həzm etmək üçün mütləq başqa birinə ehtiyac yaranır. Məsələn, vəkilliklə bağlı hakimiyyətin hoqqaları bitmir. Hüquqi nümayəndəliyi qəlizləşdirib elə hala salıblar ki, az qala adamın özünü təmsil etməsi üçün belə hansısa bir notarial arayış tələb edirlər.

Hüquqşünaslar bu çıxılmazdan yol axtararkən Azərbaycan hökuməti ən ali səviyyədə yeni bataqlıq düzəldir. Deməli, vəkil məhkəmə prosesində vəsatət versə və məlum olsa ki, bu tələb əsassız imiş, hakim onu cərimələyəcək. Bu, bilirsiniz nəyə oxşayır? Məsələn, qarət olunmuş vətəndaş polisə şikayət edəndə ona deyirlər ki, qarətçini göstər, amma düz göstərməsən, səni cərimələyəcəyik. Belə bir halda da vətəndaşın iddiasından imtina etməkdən başqa əlacı qalmır. Halbuki məhkəmə mühakimə yeridir. Orada tərəflərin biri sözü məhz satın alacaqsa, demək, ədalətli mühakimə hüququ pozulacaq, necə ki pozulur. Amma bu dəfə ona “hüquqi don” geyindirmək istəyirlər...

Naxçıvanın xanı...

Vəkilliklə bağlı məsələ gündəmə gələndə belə söhbət yayıldı ki, Vasif Talıbov Naxşıvanda toy mərasimlərində yemək süfrələrini qadağan edib. Bu xəbər vəkillərin susudurulması da daxil olmaqla, gündəmi dəyişdi və ciddi bir problemi unutdurdu. Sonra da dedilər ki, belə bir şey yoxdur, gedib toyda rahat yeyib-içə bilərsiniz. İndi hakimiyyətin bu “gündəm oyunu”nun nəyə hesablandığını gördünüzmü? Bir sual verən də olmadı ki, guya Vasif Talıbovun bundan öncə atdığı bütün addımlar demokratik idi ki?

“Azərbaycanı absurdlar ölkəsinə çevrmək istəyirlər” deyərkən yanılmırıq, çünki bütün avtoritar rejimlər bir-birinə oxşamağa can atır. Bu “oxşarlıq yarışı“nda hər biri bir addım önə çıxmaq istəyir.

Məsələn, bir gün oxuyuruq ki, Türkmənistanda ölkə rəhbəri itinə heykəl qoyub. O biri gün oxuyuruq ki, atına klip çəkdirib. Sonra görürük ki, dünyada ölüm atını oynadan “koronavirus” sözü ölkədə qadağan edilib. Yəni xəstəliyin adını da, özünü də Türkmənistana buraxmayıblar. Buna oxşar bir hadisəni Naxçıvandan da eşitmədikmi?

Vasif Talıbov maska yasaqlarını çeynəmədimi? Bəs Şimali Koreyada rəhbərin atasını ürəkdən ağlamadığı üçün topa qoyulub atılan generalın hekayəsinə də unutmadıqmı? Təbii ki, unutduq, çünki onun ardınca xəbər aldıq ki, Kim Çen İn öz dayısını itlərə yedirdib. Belə xəbərlərin gəldiyi ölkədə kim düşünə bilər ki, görəsən, orada insanlar yeməyə nə tapırlar? Ölkəyə bir turist də buraxılmır. Absurdlar bir-birini quyruğu ilanı təqib edən kimi gəlir, amma bir xalq bunu öz həyat norması kimi yaşayır. Vasif Talıbov da eynisini edir, absurdları normaya çevirir. Bizim insanımızı şüur donuqluğu rejimində saxlamaq istəyir.

Tarixə nəzər salsaq, Əmir Teymura baş əyməyən Naxçıvanı Vasif Talıbov ram etməkdədir. İlham Əliyevin bu absurdlara göz yummasının özəl səbəbi var: Naxçıvan bir anklavdır. Dünyanın və ölkənin gözündən iraqdır. Bu da diktaturaya bir fürsətdir. Fürsətdir ki, Naxçıvan nümunəsində bir sosial “xoxan” eksprimenti yaratsın. Bütün ölkəni də bununla qorxutsun. Bu prosesin sonu necə olacaq? Bunu Naxçıvanın zülmə uğradığı tarixi dönəmləri gözdən keçirməklə anlaya bilərik, çünki gələcək bir mənada elə keçmiş, yəni tarixdir.

Hakimlər kimdir?

Yenidən hakim-vəkil məsələlərinə qayıdaq. Kimdir bu hakimlər? Əlbəttə, çoxlarınıza tanışdır bu “hüquq qatilləri”. Avropa İnsan Hüquqları Məhkəməsi hər il onlarla, yüzlərlə qərar qəbul edərək bu hakimlərin verdiyi qərarların doğru olmadığını, prosedur pozuntuları ilə müşayiət olunduğunu təsbit edir. Azərbaycan bu qərarlarla yüz minlərlə avro həcmində cərimələnir. İndi də məhz bu hakimlərə fürsət verilir ki, vəkilləri cərimələsinlər. Yaxşı, bəs bu hakimlərin verəcəyi cərimə qərarları ölkəyə neçəyə başa gələcək, bunu hesablayan oldumu? Xeyir, olmadı, amma olsa da, kimsəni narahat etmir, çünki “dövlətin malı dəniz...” düşüncəsi artıq idarəetmə təfəkkürünə nüfuz edib...

Beləliklə, ölkədə gedən proseslərə qiymət versək, mənzərə belədir: İlham Əliyev astarı üzə yamayır, amma bilmir ki, bu adamı ala-çuxalı edir. Belə getsə, Türkmənistan olmağa gərək qalmaz, elə birbaşa Şimali Koreya olacağıq...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/6ppbe6

Most Viewed