Əli-Səttar Quliyev yeni filmini təqdim edəcək

“Həmin vaxt bəzi boşluqlar, kinodakı çətinliklərə görə layihə özünü doğrultmadı”

Source: Specify Source


“Pandemiya kino sahəsinə böyük ziyan vurdu"

“Əlvida, Şmit” filminin rejissoru Əli-Səttar Quliyev növbəti ekran işini yekunlaşdırıb.

Rejissor Meydan TV-yə açıqlamasında bildirib ki, ikinci filmi melodrama janrındadır.

“Mozalan” kinostudiyasının istehsalı olan film “Olimpiya” adlanır.

Kinoteatrların fəaliyyəti bərpa olunduqdan sonra yeni filmin təqdimatı ediləcək.

“Pandemiya kino sahəsinə böyük ziyan vurdu. İnsanlar kinoteatrlara gedə bilmir. İl yarımdır kinoteatrlar fəaliyyət göstərmir. Filmlər çəkilmir”, – rejissor belə deyib.

Bir müddət öncə Mədəniyyət Nazirliyinin təsis etdiyi Azərbaycan Film Komissiyası –“Filming Azerbaijan” və Kino Agentliyi haqqında danışan rejissor qeyd edib ki, bu layihələr film sənayesinin inkişafına təkan olacaq: “Azərbaycan Professional Kinorejissorlar Gildiyası 2004-cü ildə belə bir layihə hazırlamışdı. Həmin vaxt bəzi boşluqlar, kinodakı çətinliklərə görə layihə özünü doğrultmadı. Bunu bərpa etməkləri çox yaxşı haldır. Azərbaycan Film Komissiyasının və Kino Agentliyinin yaradılması ölkəyə maliyyə axınına müsbət təsir edəcək. Həm də kino sahəsindəki insanlar bundan faydalana bilər”.

Ana səhifəMədəniyyətƏli-Səttar Quliyev yeni filmini təqdim edəcək