Əli Kərimli

Source: meydan tv

Caption: Əli Kərimli

Əli Kərimlinin saxlanması işi Avropa Məhkəməsinə gedir

Apelyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxlayıb

Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin şikayətinə baxılıb. Şikayət Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarından verilib. Həmin qərarla məhkəmə Ə.Kərimlinin xeyriyyə marafonunda iştirak edərkən saxlanmasını onun hüquq və azadlıqlarının pozuntusu kimi qiymətləndirməkdən imtina etmişdi.

AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Ə.Kərimlinin apelyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyilə baxılıb. Qapalı keçirilən məhkəmə prosesinin nəticəsi olaraq, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

AXCP mətbuat xidmətindən bildirilib ki, bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə şikayət hazırlanır və yaxın vaxtlarda göndəriləcək:

“İyulun 28-də Əli Kərimli heç bir əsas olmadan faktiki həbs olunub, iki saatdan artıq saxlanılıb. Sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyən insanlara kəsilən cərimələrin ödənməsi üçün xeyriyyə marafonunun təşkilində də, bu marafonda iştirak edib ianə verilməsində də heç bir qanun pozuntusu yoxdur. Bu barədə öncədən də elan verilmişdi. Amma polislər qanunsuzluq edərək Əli Kərimlini apardılar, tədbiri dağıtdılar, binanı mühasirəyə aldılar. Əli Kərimlini Binəqədi Rayon Polis İdarəsinə aparıb orada saxlasalar da, partiya üzvlərinə, başqa ictimai-siyasi fəallara yalan məlumat verilirdi ki, guya orada deyil, məhkəməyə aparılıb. Bununla paralel hökumətyönlü mediada Əli Kərimli haqqında böhtan xarakterli məlumatlar yayıldı, ardınca Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bənzər açıqlama yaydı. Bütün bunlar həmin hadisələrin eyni mərkəzdən idarə olunduğunu göstərirdi”.

Ə.Kərimli şikayət ərizəsində iyunun 28-də saxlanmasının qanunsuz həbs olduğunu göstərib və məhkəmədən də bu cür qiymətləndirilməsini istəmişdi. AXCP sədri Azərbaycanın da ratifikasiya etdiyi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının (azadlıq hüququ, birləşmək hüququ, ayrı-seçkiliyə məruz qalmamaq hüququ və s.) pozulduğunu bildirir.

İyunun 28-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumatda isə bildirilirdi ki, Ə.Kərimli Müsavat Partiyasının qərargahı qarşısında qanunsuz yürüşə çağırış etdiyinə görə polisə dəvət olunub. Ona xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dxb4co

Most Viewed