Eldəniz Səlimov

Source: https://etikxeber.az/

Caption: Eldəniz Səlimov

Eldəniz Səlimov cinayət məsuliyyətinə cəlb olunub

Prokurorluğun təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılacaq

Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığı ləğv ediləndən sonra o, cinayət məsuliyyətinə cəlb olunub. Baş Prokurorluğun İstintaq İdarəsindəki mənbənin Meydan TV-yə verdiyi məlumatda bildirilir ki, Eldəniz Səlimov artıq təqsirləndirilən şəxs qismində cəlb olunub, ona qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

“Prokuror onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib. Təqdimata Binəqədi Rayon Məhkəməsində (İstintaq İdarəsi bu rayonun ərazisində yerləşdiyinə görə-red.) baxılacaq”, - mənbə bildirib.

İyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumat Baş Prokurorluqda araşdırılıb.

Ardınca Baş Prokurorluqda Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə

səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.

E.Səlimov 2010-cu ildən Milli Məclisin üzvü olub, o, 55 saylı Xaçmaz şəhər dairəsindən mandat alıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/3hcd7p

Most Viewed