Eldar Mahmudovun oğlu Anar Mahmudovun Britaniyadakı çiçəklənən biznesi

MTN-dən Londonun MNKY restoranına aparan yol

Source:
44667


Rəsmi məlumatlara görə, A.Mahmudovun dumanlı Albionda biznesə girişməsi 2015-ci ilin yayına təsadüf edir

Oktyabr ayında, beynəlxalq medianı Britaniyada Azərbaycan vətəndaşı, keçmiş bankirin həyat yoldaşı Zamirə Hacıyevanın sərvətinə həbs qoyulması haqda xəbərlər dolaşdığı günlərdə, onun kürəkəni – eks-nazir Eldar Mahmudovun oğlu Anar Mahmudov elə həmin ölkədə maliyyə sektorunda fəaliyyət göstərmək məqsədilə növbəti şirkətini təsis edib. Anar Mahmudova aid olduğu iddia olunan Azərbaycandakı çoxsaylı şirkətlərin isə dövlət büdcəsinə milyonlarla manat vergi borcu ödənilməmiş qalır.

Böyük Britaniyanın şirkətlər reyestrində açıqlanan məlumata görə, oktyabrın 11-də kapitalına 1 funt yatırmaqla “MEA Capital Limited” şirkəti

yaradılıb

. Uolton-on-Temz (Walton-on-Thames) şəhərinin Bridc küçəsindəki sakit bir məhəllədə ünvan tapan, adının açılışı güman ki, “Mahmudov Eldar Əhməd oğlu” olan bu şirkətin yeganə təsisçisi 34 yaşlı Anar Mahmudovdur. Maliyyə menecmenti sahəsində çalışacağı elan olunan bu şirkətə Anar özü rəhbərlik edir. Amma bu, keçmiş nazirin biznesmen oğlunun bu ölkədəki heç də birinci şirkəti deyil.

Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı yönəlmiş yeni qanunvericilik təşəbbüsünün (“İzahedilməmiş Sərvət Sərəncamı” qanunu) onun və bu ölkədəki digər azərbaycanlı oliqarx və biznes sahiblərinin əmlakının da maliyyə mənbəyinin açıqlanmasının bir zaman tələb olunacağını hüquqşünaslar ön görürlər.


Britaniyaya qaçış

Rəsmi məlumatlara görə, A.Mahmudovun dumanlı Albionda biznesə girişməsi 2015-ci ilin yayına təsadüf edir. Atasının müəmmalı şəkildə vəzifəsindən kənarlaşdırılmasına bir neçə ay qalmış… İyul ayında Londondakı “8-10 Dover Street Limited”

şirkətinin

 səhmdarları arasına səhmlərin 75 faizini əldə edən “Elmaha İnvestment Limited” ofşor

şirkəti

 daxil olur. Yunan Kiprində 2014-cü ilin oktyabında yaradılan, təsisçisinin adı açıqlanmayan şirkətin direktoru Anar Mahmudovdur. Amma sənədlərdən anlaşılan odur ki, Anar bu şirkətdə təsisçi hüquqları ilə təmsil olunur. Ofşor şirkət Londonda dörd  ünvanda (8 Dover, 8-9 Dover, 10 Dover və 47 Albermarle) aldığı, dəyəri bir neçə milyon funt olan 5 daşınmaz mülkü “8-10 Dover Street Limited” şirkətinin istifadəsinə verir.


Mənbə: Britaniyanın şirkətlər reyestri

Yeni payçının gəlişi ilə “8-10 Dover Street Limited” restoran biznesi sahəsində işləyən “Mnky Hse Limited” törəmə

şirkətini

 yaradır. Bir il sonra, 2016-cı ilin sonuna ana şirkətin xalis aktivləri 3 dəfə artaraq 9 milyon funtu (18,9 milyon manat) ötür. Əlli nəfərdən çox işçisi olan və Latın amerikası mətbəxinin təamlarını təqdim edən bu böyük

restoranın

aktivində maliyyə hesabatına görə 1 milyon funt vəsait var.

O dövrdə yerli media Mahmudovların biznesinə basqıların olduğunu, hətta çoxsaylı avtosalonlarının qapılarınını bağlandığını yazırdı. Vətəndə işi heç də yaxşı getmədiyinə görə Bakıda az-az görünən Anar isə Londonda yatırımlarını davam etdirirdi. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londondakı daha bir şirkətin – “Percy Ho Limited”in

səhmlərini

alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir.

Anar Mahmudovun Londonda qeydiyyatda olduğu mənzili
Anar Mahmudovun Londonda qeydiyyatda olduğu mənzili

Böyük biznes uyğun həyat standartları tələb edir. Anarın qeydiyyatda olduğu Loundes Meydanındakı

mənzili

 Londondakı əmlak dəllalları təxminən 4,8 milyon funt (10,5 milyon manat) dəyərində

qiymətləndirirlər

. A. Mahmudov Britaniyanı özünə yeni yaşayış məskəni seçsə də, o, rəsmi mənbələrə görə, Azərbaycan vətəndaşlığını da qoruyub saxlayır.


“Təsisçi Anar idi, amma mənim də əməyim olub”

İki il öncə jurnalist təhqiqatları ilə Anar Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu yazılırdı.

Şirkətlərin sayı, fəaliyyətinin əhatə dairəsinə görə Anar Mahmudovun Azərbaycandakı biznesi daha rəngarəngdir. Tikinti, daşınmaz əmlak, restoran, otelçilik, pərakəndə ərzaq ticarəti, şərab idxalı və satışı, yanacaqdoldurma məntəqələri, lüks avtomobillərin satışı və servisi, avtomobil

parkinqi

 – bunlar A. Mahmudovun şirkətlərinin əsas fəaliyyət sahələridir. Ümumiyyətlə, A. Mahmudovun Bakıda birbaşa və dolayı sahibliyində və idarəçiliyində 20-dən çox yerli şirkət var:

– “Diqlas-1” MMC və “Apallon Servis” MMC (idarəedici direktor – Anar Eldar oğlu Mahmudov);

– “Karkas” ASC və “Kristal İnşaat” (idarəedici – Musa Məmməd oğlu Mahmudov);

– “BBVA” MMC, “Caspian Petrol” MMC və “İnşaatçı-E” MMC (idarəedici – Orxan İmran oğlu Seyidov);

– “Caspian Crystal Travel” MMC və “Crystal Travel” MMC (idarəedici – Könül Məmməd Kazım qızı Məmmədova);

– “Gravitylux” MMC, “Kaspian Kristal” MMC və “Crystal Development” MMC (idarəedici – Fuad Vaqif oğlu Hacıyev);

– “Crystal Med” MMC və “Crystal İnternational” MMC (idarəedici – Şaiq Vəli oğlu Mahmudov);

– “Crystal Group” MMC, “Sinalco Logistics” MMC və “Sinalco Azerbaijan Ltd”(idarəedici – Süleyman Zülfüqar oğlu Allahquliyev);

– “Bank Olmayan Xəzər Kredit Təşkilatı” ASC və (idarəedici – Sahib Əli oğlu Ağayev);

– “Tez” MMC (idarəedici- Tələt Abbasqulu oğlu Səfərov);

– “Kristal Motors” MMC (idarəedici – Adil Nadir oğlu Axundov);

– “Crystal Systems” (idarəedici – Rafiq Məmməd oğlu Mahmudov);

– “A.İ.F.” MMC (idarəedici- Səmayə Rzaqulu qızı Nağıyeva);

– “Saba Cars” MMC (idarəedici – Dəmir Teymur oğlu Abdullayev);

– “Kristal Motors” MMC və “Brent” MMC (idarəedici – Adil Nadir oğlu Axundov).

Tariyel Avtandil oğlu Salahov uzun illər qrupun özəyi olan Kaspian Kristal/Caspian Crystal şirkətinə rəhbərlik edib. O, mediaya müsahibəsində hətta özünü qrupun sahibi kimi də

təqdim edib

. Maraqlıdır ki,  “Crystal” şirkətlər qrupunun 2014-cü ildəki beynəlxalq

tanıtımında

 T.Salahova məxsus mətbəə – “İndiqo” MMC A.Mahmudovun nəzarətində olduğu göstərilir.

T.Salahovla onun ofisində görüşdük. “İndigo” Nəşriyyat evindən başqa “Xəzər” Mənzil-Tikinti Kooperativinə rəhbərlik edən Tariyel Salahov “MTN işi”ndən sonra Mahmudovlarla üzülüşdüyünü, idarəçilikdən getdiyini bildirdi: “Kaspian Kristal” şirkətinin təsisçisi Anar Mahmudov idi. Bu, Ədliyyə Nazirliyindəki sənədlərdə də var. Amma 2006-cı ildən başlayaraq şirkətin  müəssisələrinin qurulmasında mənim də əməyim olub. 2015-ci ilin sonunda şirkəti tərk etdim”.

Qrupun İtaliyaya gedib çıxan uzantısı da var. Belə ki, Anar Mahmudov məlum qalmaqaladək “Crystal Group” MMC-yə də rəhbərlik edirdi. Ofisi Altes Plazada yerləşən bu şirkətin hazırkı direktoru keçmiş diplomat Süleyman Allahquliyevdir. Azərbaycanın İtaliyadakı səfirliyində birinci katib işləmiş S.Allahquliyev həm də Azərbaycan-İtaliya kapitalı ilə yaradılmış “

Sinalco Group

” şirkətinin rəhbəridir. Süleymanın qardaşı Vüqar Milli Təhlükəsizlik Nazirliyində çalışıb və 2015-ci ilin martında

general-mayor

ali hərbi rütbəsini alıb. Tikinti, interyer dizayn, ixracat və s. sahələrdə çalışan qrupun bir qolu (Sinalco RE Srl) Roma şəhərindədir. Bakıdakı ofis isə Altes Plazadadır. Bu şirkətlər qrupunun Bakıdakı təsisatları 2016-cı ilin əvvəlində qurulub.


Borc içində batan şirkətlər

Vergilər Nazirliyinin məlumatına görə, “Crystal” şirkətlər qrupuna aid olan beş şirkətin (Kaspian Kristal, Kristal Motors, Kristal İnşaat, Apallon Servis və Kristal Travel) hazırda dövlət büdcəsinə təkcə vergilər üzrə 7 357 123 manat və ya 4,3 milyon dollardan çox borcu ödənilməmiş qalır. Bunun əsas hissəsi “Kristal Motors” MMC-nin payına düşür. 2017-ci ilin əvvəli ilə müqayisədə avtomobil satışı şirkətinin borcları iki dəfə artıb. “Kristal İnşaat” MMC-nin isə bu dövrdə borcları 10 qat azalaraq 220 min manata

düşüb

. Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Kristal Motors” MMC-də apardığı kameral vergi yoxlaması zamanı mühasibat sənədlərində 2014-cü ilin mənfəət vergisinin külli miqdarda azaldıldığını müəyyən edib. Şirkət yoxlamanın qərarından narazı qalsa da, bütün məhkəmələr dövlət orqanının tərəfində olub. “Kristal Motors” MMC hesablanmış mənfəət vergisinin 2,2 milyon manat məbləğində aşağı salınmasını istəyib, lakin bu ilin mayında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bir il öncə isə Baklı Apelyasiya Məhkəmə “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Diqlas-1” MMC-də apardığı vergi yoxlamasının qərarlarından şikayətini

təmin etməmişdi

. Şirkət məbləği açıqlanmayan borcu ödəməyə məcbur olmuşdu.

Qeyri-rəsmi məlumatlara görə, Anar Mahmudov artıq “Crystal” şirkətlər qrupunun sahibi deyil. Qrupun avtomobil salonlarının (Land Rover, Maserati, Ducati və Jaguar) qapılarının bağlandığı, rəsmi təmsilçiliyin başqa şirkətlərə keçdiyi yayılan xəbərlər arasındadır. Bundan başqa, “Mercedes-Benz”, “Brabus” və “Sitroen” avtomobillərinin satışı ilə məşğul olan “Saba Cars” şirkəti də fəaliyyətini dayandırıb. Məlumatı dəqiqləşdirməkdən ötrü şirkətin ofisinə göndərilən sorğuya cavab verilməyib.


Londonda əmlakı olanlar üçün qara günlər başlayır

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, nəinki Eldar Mahmudov, ümumiyyətlə, İngiltərədə hər hansı zəngin Azərbaycan vətəndaşının 50 min funtdan dəyərli əmlakı təhlükə altındadır. “Çünki Azərbaycansayağı biznes çərçivəsində gəlirlərini rəsmi təsdiq etmək onlara çox çətin olacaq”,- Ə.Həsənov belə düşünür.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Azərbaycandan gizli yollarla qaçırılmış pul vəsaitləri hesabına əldə olunmuş sərvətlərin Azərbaycan dövlətinə təhvil verilməsi perspektivinə toxunan ekspert bunun obyektiv olaraq mümkünlüyü qənaətindədir: “Bundan ötrü əvvəla hüquqi savad tələb olunur ki, bu da əksər dövlət qurumlarımızda ciddi problemdir. Amma ən əsası ingilislər rəsmi sənədlər tələb edəcəklər. Həmin sənədlərdə isə, məsələn, Cahangir Hacıyevə və onun kimi başqalarına dəstək olmuş və ya ən azı əməllərinə göz yummuş şəxslərin adı da olacaq. London məhkəməsindən bunu gizlətmək mümkün olmayacaq”.

Ana səhifəAraşdırmaEldar Mahmudovun oğlu Anar Mahmudovun Britaniyadakı çiçəklənən biznesi