Cavid Qara

Source: Cavid Qaranın şəxsi arxivindən

Caption: Cavid Qara

Ekoaktivist: Meşələri kürüyən şirkətə 10 min cərimə yazılıbsa, müqavilə ləğv olunmalıdır

"Muxtar Babayev, sizin vicdanınız və siyasi iradəniz yoxdur"

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi bölgələrdə meşələrin kürünməsi nəticəsində dəyən milyonlarca ziyanın əvəzində 10 minlərlə cərimə hesablayıb”.

Ekoaktivist Cavid Qara belə deyir.

O bildirir ki, nazirlik meşə fondu torpaqlarında icarə müqaviləsinin şərtlərinin kobud şəkildə pozan şirkətlərlə müqaviləni ləğv etmir: “Halbuki həmin şirkətlər müqavilə şərtlərini pozub və ərazidə kürümə işləri aparıb. Buna misal kimi Şəkinin Bideyiz kəndi yaxınlığında yenicə kürünmüş 100 hektardan artıq meşə zolağını göstərmək olar. Nazirlik "AGA Group" şirkətlər qrupuna aid ümumi 500 hektarlıq icarə müqaviləsinin ləğv edilməməsində israrlıdır. Milyonlarla manat dəymiş ziyan əvəzinə 10 minlərlə cərimə hesabladıqlarını dedilər, amma icarə müqaviləsini ləğv edə bilmədiklərini söyləyirlər”.

Ekoaktivist deyir ki, əgər 10 minlərlə cərimə, həqiqətən, olubsa, bu, müqavilənin ləğv edilməsi üçün əsasdır: “Səmimi söhbətdə bunu bacarmadıqlarını deyirlər. Rəsmi açıqlamalar isə ya olmur, ya da şirkəti müdafiə edirlər. Biz isə sona qədər mübarizə aparacağımızı bildirdik. ETSN-in meşələri oliqarx biznesmenlərin tamahından qorumağa gücü, siyasi iradəsi çatmırsa biz meşələrimizi qorumaq üçün nə lazımdırsa edəcəyik. Kütləvi sivil qanuni etirazlar, aclıq aksiyaları, nə desəniz olacaq”.

Cavid Qara bildirir ki, bütün kürünmüş meşə ərazilərində müqavilələr ləğv edilib ağaclar bərpa edilənədək mübarizəyə davam edəcək: “Bu əməllərə yol verənlər və qarşısını ala bilməyən Muxtar Babayev, sizin vicdanınız və siyasi iradəniz yoxdur. Amma biz icarə müqaviləsini ələ keçirmişik. Oradakı şərtlər baş verənlərlə üst-üstə düşmür”.

Son bir neçə ildir ki, Şəki, Qax, Qusar ərazilərində icarəyə verilən meşə ərazilərindəki ağacların kütləvi qırılması işləri aparılır.

Ötən il Şəkinin Bideyiz və Baqqal kəndləri ərazilərindəki ağaclar kəsilən zaman kənd sakinləri Meydan TV-yə meşələrin məhvinə qarşı olduqlarını bildirmişdilər. Hətta kənd sakinləri bununla bağlı etiraz olaraq aidiyyatı qurumlara, Meşə İdarəsinə, Şəki Şəhər İcra Hakimiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər.

Xahiş ediblər ki, yaxınlıqlarındakı meşələrin qırılmasının qarşısının alınması üçün bir tədbir görülsün.

Sakinlər deyirlər ki, ərazidə iş görən şirkətin adı “Monte Forre” MMC-dir: "Həmin meşələrdəki ağaclar isə əsasən, qoz, fısdıq, palıd, armud, sarağandır".

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirən “AGA Group” 1994-cü ildə təsis edilib.

“Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park” şirkətə məxsusdur.

Şirkətin rəsmi saytında deyir ki, zamanın, iqtisadi göstəricilərin və istehlakçının tələblərinə uyğun olaraq, “AGA Group” həm də maliyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və otelçilik sahələrini də fəaliyyət miqyasına daxil edib.

“Monte Ferro Aqroparkı” buna görə 2016-ci ildə təsis olunub və Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirir.

Bunun üçün 3000 ha torpaq sahəsi əldə edib: “Hazırda kimsənin istifadə etmədiyi, əkinə və bağçılığa yarasız 1485 ha sahədə yeni fındıq bağları salınıb və iş davam edir. 2022-ci ilə kimi fındıq bağlarının ümumi sahəsinin 5000 hektara çatdırılması planlaşdırılır”.

“AGA Group” şirkətindən daha öncə Meydan TV-yə “Monte Ferro Aqroparkı”nın həqiqətən də onların şimal- qərb bölgəsindəki təmsilçisi olduğunu təsdiqləyiblər, ancaq bölgədə hansı işlərin görüldüyündən xəbərsiz olduqlarını söyləyiblər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları var. Həmin qaydalarda deyilir ki, meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/0j2mkx

Most Viewed