Əfqanıstan prezidentinin çıxış edəcəyi məkanda partlayış olub

Ölkənin önəmli bir bölümü Taliban qruplaşmasının nəzarətindədir.

Source: google.az


Ən az 24 nəfərin öldürüldüyü deyilir

Əfqanistanda Prezident Əşrəf Qaninin seçki kampanyası üçün mitinq düzənlədiyi məkan yaxınlığında partlama olub, – BBC xəbər verir.

Səhiyyə Nazirliyi rəsmiləri paytaxt Kabul yaxınlarında Pərvan vilayətində baş vermiş partlamada ən az 24 nəfərin öldüyünü və 31 nəfərin yaralandığını açıqlayıb.

Baş vermiş hadisə ilə bağlı məsuliyyəti boynuna alan olmayıb.

Əfqanistanda 28 sentyabrda seçkilər olacaq.

Ölkənin önəmli bir bölümü Taliban qruplaşmasının nəzarətindədir.

ABŞ və Taliban arasında keçirilən sülh görüşmələri keçən həftə imzalanmaq mərhələsinə qədər gəlmişdi. Ancaq ABŞ prezidenti Donald Tramp paytaxt Kabulda düzənlənən bombalı hücumda bir ABŞ əsgərinin həyatını itirməsindən sonra Taliban ilə gəldiyi uzlaşmanın etibarsız olduğunu deyib və “müzakirələr öldü” açıqlamısını verib.

Taliban isə lazım olarsa 100 il daha savaşmağa hazır olduğunu bəyan edərək sülh müzakirələrinin təxirə salınmasının ən böyük bədəlini ABŞ-ın ödəyəciyini deyib.

11 Sentyabr 2001-ci il hücumlarının ardından dövrün ABŞ Prezidenti Corc Buş Talibanın əl-Qaidə üzvlərini saxladığı səbəbiylə Əfqanıstanı işğal etmişdi.

Hələ də sona çatmayan Əfqanistan müharibəsi ABŞ tarixinin ən uzun müharibəsi hesab edilir.

Ana səhifəDünyaƏfqanıstan prezidentinin çıxış edəcəyi məkanda partlayış olub