DTX-nin XİN-də əməliyyatı

Source: Meydan TV

Caption: DTX-nin XİN-də əməliyyatı

DTX həbs etdiyi XİN əməkdaşlarının adlarını açıqlayıb

Article was updated on :  6 July 2020

“Saxlanılanlar dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda təqsirləndirilirlər”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) apardığı əməliyyatın təfərrüatları barədə məlumat yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev şübhəli şəxs qismində saxlanılıblar və məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.

Əməliyyata əsas kimi adları çəkilən şəxslər tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələri barədə əsaslı şübhələrin müəyyən edildiyi göstərilib:

“Məhkəmənin qərarları əsasında Fərhad Mollazadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara , habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb”, - məlumatda deyilir.

Bundan başqa, DTX-nın apardığı araşdırmalarla XİN Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət alması qeyd edilib.

DTX-nın həbs etdiyi XİN İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, mərhum Energetika Naziri Natiq Əliyevin qudasıdır.

Fərhad Mollazadə isə deputat Asim Mollazadənin əmisi oğludur.

Asim Mollazadə mətbuata Fərhad Mollazadə ilə qohum olduğunu təsdiqləyib. O bildirib ki, qohum olsalar da, heç bir əlaqələri və münasibəti yoxdur, onun saxlanması xəbərini mediadan eşidib.

DTX 2019-cu ilin sonlarından başlayaraq ölkədə anti-korrupsiya əməliyyatları keçirir. İndiyə qədər 4 rayonun fəaliyyətdə olan icra başçısı, bir rayonun keçmiş icra başçısı, rayon icra başçılarının kəndlərdə və digər yaşayış məntəqələrində bir sıra nümayəndələri həbs ediliblər.

Bundan başqa DTX mayın 8-də Mədəniyyət Nazirliyində, mayın 13-də isə Baş Prokurorluqla birgə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində əməliyyat keçirərək bir sıra məsul şəxsləri həbs etmişdi.

Saxlanılanlar rüşvətdə, dövlət vəsaitlərini məsimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.

DTX-nin XİN-də əməliyyatı

DTX-nin XİN-də əməliyyatı

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  6 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/axb35h

Most Viewed