Dövlət Sərhəd Xidmətinin zabitinin bıçaqlandığı bildirilir

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elşən Əliyev olduğu qeyd olunur

Foto: DSX


Hadisədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 20 sentyabr tarixində, saat 21:05 radələrində baş leytenant Allahverdi İsmayılov bıçaqlanıb.

Məlumatı

Dövlət Sərhəd Xidməti

yayıb.

Məlumatda deyilir ki, Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomobil əraziyə yaxınlaşıb. Avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib:

“Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib. Lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib və baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Ancaq zabit cinayətkarı tərkisilah edərək saxlayıb. Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, hazırda onun durumu qənaətbəxşdir”.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elşən Əliyev olduğu qeyd olunur:

“Əraziyə atılan bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb. İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Samir Quliyev olması müəyyənləşdirilib. Onun avtomobilinin içindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülüb”.

Ana səhifəSosialDövlət Sərhəd Xidmətinin zabitinin bıçaqlandığı bildirilir