Dövlət Departamenti

Source: Foto: arxiv

Caption: Dövlət Departamenti

Dövlət Departamenti Türkiyəyə qarşı sanksiyalara qarşı çıxır

Tramp administrasiyası “erməni soyqırımı” ilə bağlı qətnaməyə də qarşıdır

Tramp administrasiyası Nümayəndələr Palatası tərəfindən keçən həftə qəbul edilmiş Türkiyəyə qarşı sanksiyalara, həmçinin “erməni soyqırımı” ilə bağlı qətnaməyə qarşı çıxıb, - “Bloomberg” xəbər verir.

Dövlət Departamentinin yüksək rəsmisi bildirib ki, hər iki təşəbbüs əsas NATO müttəfiqi ilə əlaqələri gərginləşdirə bilər.

Administrasiya Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyatlara cavab olaraq keçən həftə parlamentin 403-16 səs çoxluğuyla qəbul etdiyi sanksiyalardan narahat olduğunu qeyd edib və bildirib ki, qanunverici orqanın bu qərarı Vaşinqtonun əllərini qandallayır, ABŞ-ın Türkiyənin bölgədəki fəaliyyətlərinə qarşı hərəkətə keçməsinin qarşısını alır.

Adının qeyd edilməsini istəməyən administrasiyanın rəsmisi Trampın qətnaməni veto edib-etməyəcəyi haqda heç bir rəy bildirməyib.

Türkiyəyə qarşı qəbul edilmiş sanksiya yüksək Ankara rəsmilərinə ABŞ-a daxil olmağı qadağan edəcək. Bu qərar həmçinin ABŞ silahlarının Suriyada Türkiyənin istifadəsinə verilməsinin qarşısını alacaq və Pentaqon, eləcə də Dövlət Departamentindən İslam Dövlətinin (İŞİD) dirçəlişinin qarşısını almaq üçün planlar təqdim etməsini tələb edəcək.

Palatanın Xarici işlər sədri, o cümlədən New York demokratı, Eliot Engel deyib ki, Tramp Ərdoğana şimali Suriyada hərbi əməliyyatlara başlamaq üçün yaşıl işıq yandırıb və bunun nəticəsində bizim bölgədə İslam Dövlətinə qarşı tərəfdaşımız olan Suriyalı kürdlər öldürülüb.

Administrasiya Trampın ABŞ qüvvələrini geri çəkməsi ilə Ankaraya Suriyaya hücum xəbərdarlığı verdiyini təkzib edib.

Elə həmin gün Nümayəndələr Palatası sanksiya layihəsini qəbul edib. Qətnamə həmçinin Türkiyə Cümhuriyyətinin sələfi olan Osmanlı imperiyası tərəfindən keçən əsrin əvvəllərində 1,5 milyon erməninin öldürülməsini pisləyib. Ankara qətnaməyə şiddətlə qarşı çıxıb və ABŞ səfiri Devid Satterfildə (David Satterfield) xəbərdarlıq edilib.

Administrasiya rəsmisinin sözlərinə görə, palatanın Suriyanı işğal etməsi ilə əlaqədar Türkiyəni qınadığı kimi, soyqırım qətnaməsinin qəbul edilməsi də vaxtsız qərardır və prinsipial deyil. O qeyd edib ki, bu qərar cəza kimi qəbul edilə bilər.

Tramp administrasiyası əvvəllər bu tip təşəbbüslər barədə açıqlama verməyib. Keçmiş ABŞ rəhbərlikləri isə soyqırım qətnamələrinin barışığa mane olacağını iddia edərək, buna qarşı ehtiyatlı davranıblar. Türkiyə illərdir bu cür qətnamələrin qəbulunun münasibətlərin pozulmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir.

Administrasiya rəsmisi deyib ki, ABŞ-ın mövqeyi dəyişməyib və o, Osmanlı imperiyasının dağılmasına doğru zaman kəsimində deportasiya edilmiş və öldürülmüş 1,5 milyon erməninin xatirəsini yad etməyə davam edir. Rəsminin sözlərinə görə, ABŞ 20-ci əsrin ən pis kütləvi vəhşiliklərindən biri olan “Meds Yeeghern”i xatırlayır və Ermənistanın və Türkiyənin öz tarixləri ilə hesablaşmaq səylərini dəstəkləyir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/crje6b

Most Viewed