Dörd uşaqlı ailə çadırda yaşayır

Dörd uşaqlı ailə çadırda yaşayır

6 nəfərlik ailə çadırda yaşayır. Onlar Füzuli rayonundan məcburi köçkünlərdir. Gülşən Mirzəyeva deyir, 2006-cı ildə 5000 manat verib Mehdiabad qəsəbəsində 2 sot torpaq sahəsi alıblar. Üstündə bir otaqlı ev tikib indiyə qədər yaşayıblar. Amma 23 oktyabrda evlərinə gələn məhkəmə icraçıları evi söküb, özlərinə də 15 gün vaxt veriblər ki, evdən çıxsınlar.

Hər şey onlara verilən saxta sənəddən başlayıb. Gülşən Mirzəyeva deyir ki, Abşeron rayon Məhkəməsi onları məhkəməyə çağırmadan qərar çıxarıb ki, ailə evdən çıxarılmalıdır. Torpaq sahəsi başqasına məxsusdur.

Evində işıq xətti kəsilib, çay və yeməyi qonşulardan gəlir. Onu havalar soyuyanda uşaqları necə saxlayacağının qayğısı götürüb.

Sakin Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib. Ona deyiblər ki, 3 gün ərzində sizi evlə təmin edəcəyik, amma hadisədən 8 gün keçib, səs-səmir yoxdur. Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev hadisəni araşdırıb məlumat verəcəyini desə də, daha sonra suallarımızı cavablandırmayıb.

1993-cü ildə Füzuli işğal olunanda o, çadır qurub yaşamağa bir yer tapmışdı, amma noyabrın 7-də bu torpağı da ondan alacaqlar və onun çadır qurmağa belə yeri yoxdur.

Ana səhifəVideoDörd uşaqlı ailə çadırda yaşayır