Dmitri Medvedyev

Source: https://www.britannica.com/

Caption: Dmitri Medvedyev

Dmitri Medvedyev: Qarabağın statusu barədə məsələni müzakirə etmək çox tezdir

Rusiya Təhlükəsizlik Şurasının başçısının müavini bəyan edib ki, bu mövzu ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur

“Hazırda Dağlıq Qarabağın statusu barədə məsələni müzakirə etmək olmaz, bu mövzu ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur”, - Rusiyanın Təhlükəsizlik Şurasının başçısının müavini Dmitri Medvedyev bəyan edib.

“Bu gün hər kəsə gün kimi aydındır ki, status (Qarabağın) barədə məsələ həqiqətən də çözülməyib, lakin onu müzakirə etmək olmaz. Çünki bu məsələ ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur”, – o, Rusiya KİV-nə müsahibəsində deyib.

TASS-ın məlumatına görə, Medvedyev həmçinin qeyd edib ki, münaqişə tərəflərinin bu məsələdə mövqeləri çox fərqlənir:

“Hətta Ermənistanın daxilində belə diskussiyalar gedir. Mənsə xatırladım ki, Ermənistan halbuki Qarabağın müstəqilliyini tanımayıb. Bunu nədənsə unudurlar, gerçəkdə isə məhz belədir. Odur ki, status barədə məsələ yaxşısı budur gələcək dövrə qalsın”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7fz43y

Most Viewed