Source: Report

Deputat Eldəniz Səlimov həbs olundu

Milli Məclisin üzvü Eldəniz Səlimov həbs olunub. Avqustun 3-də Binəqədi Rayon Məhkəməsində hakim istintaq dövründə onun həbsdə saxlanması haqda prokurorun təqdimatını təmin edib. Deputatın barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, məhkəmədə deputat və müdafiəçisi təqdimata etiraz edib, Eldəniz Səlimovun istintaq dövründə həbsdə saxlanmasına ehtiyac olmadığını vurğulayıblar. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs nüfuz sahibidir, istintaqdan yayınmaq niyyətində deyil.

Müstəntiq isə prokurorun təqdimatını müdafiə edərək, Eldəniz Səlimov haqqında həbs qətimkan tədbiri seçilməsini istəyib.

Qısa müşavirədən sonra hakim təqdimatın təmin olunduğunu açıqlayıb.

45 yaşlı deputat iyulun 29-da Xaçmaz rayonunda “Starıy dvor” restoranında Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Mirzəyevi vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 309.2 (zor tətbiq etmə vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həmçinin 3 ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə də əlavə cəza kimi bu maddədə əksini tapıb.

E.Səlimovun həbs olunmasına baxmayaraq, o, hələ deputat hesab olunur. Konstitusiyanın 89-cu maddəsinə əsasən, bu cür hallarda E.Səlimov ya özü könüllü qaydada mandatdan imtina etməlidir, ya da onun təqsirliliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f6ukc1

Most Viewed