Dəniz quldurlarının öldürdüyü mühəndisin nəşi Azərbaycana gətiriləcək

Yanvarın 23-də Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib.

Source: Specify Source


Qaçırılan 15 nəfərlə bağlı məlumat yoxdur

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü ikinci mühəndis Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov Meydan TV-yə açıqlamasında bildirib ki, gəmi kapitanının dördüncü köməkçisi Furkan Yarenlə telefonla danışıb:

“Gecə saat 4-5 olardı, Furkan çox həyəcanlı idi. Bir nəfər azərbaycanlının həlak olduğunu təsdiqlədi. Dedi ki, 15 nəfər qaçırılıb, bir Türkiyə vətəndaşı yaralıdır. 15 nəfər naməlum istiqamətdə qaçırılıb. Hələlik qaçırılan şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. İndiyə kimi nə bir tələb qoyublar, nə də ki, onlarla əlaqə saxlamaq mümkün olub. Nə istədikləri və harada olduqları məlum deyil”.

Fərman İsmayılovun dostu bosman Şahmar Həsənov Meydan TV əməkdaşına bildirib ki, mərhum Siyəzəndə doğulub:

Untitled design.jpg
Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi

“Biz onunla uzun müddət birlikdə işləmişik. Fərman həmin vaxtlar motorist, mən də onun köməkçisi idim. Gec evləndi ki, karyera qursun. Sonradan çətinlik yaşamaq istəmirdi. Beş il idi ki, ailə qurmuşdu, övladı yox idi”.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu “twitter” hesabında “Mozart” adlı Liberiya bayrağı altında üzən gəminin bu gün Qabonun Gentil limanında lövbər salması haqda

yazıb

. A.Karaismayıloğlu gəmidə öldürülən azərbaycanlı mühəndislə bağlı Azərbaycan xalqına başsağlığı verib. Deyib ki, dəniz quldurlarının girov götürdüyü 15 heyət üzvünün azad edilməsi üçün bütün imkanlar səfərbər edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında Fərman İsmayılovun nəşinin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək (No:520/20, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycanlı vətəndaşın nəşinin vətənə gətirilməsi ilə bağlı KİV-in sualını

cavablandırır

. Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə nəş paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

Untitled design (6).png
Furkan Yaren

Yanvarın 23-də Qvineya körfəzində Türkiyəyə məxsus “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar ikici mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. Kapitanın dördüncü köməkçisi Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və bir nəfər neftçi isə “Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.

Ana səhifəSosialDəniz quldurlarının öldürdüyü mühəndisin nəşi Azərbaycana gətiriləcək