Mərkəzi Bank

Source: Foto: arxiv

Caption: Mərkəzi Bank

Daha iki bankın lisenziyası ləğv edildi

Mərkəzi Bank deyir ki, bağlanan banklar kapitalını tam itirib

Azərbaycanda daha 2 bankın - “AGBank” və “NBC Bank”ın lisenziyası ləğv edilib.

Məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Bildirilir ki, “NBC Bank”ın maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir. Kapitalını tam itirib:

“Bundan əlavə, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilməyib. Riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 2020-ci ilin 30 aprel tarixinə bankın kredit portfelinin 54 faizinin (73 milyon manat) qeyri-işlək olduğu məlum olub”.

Məlumatda deyilir ki, məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat olub:

“Kapital mövqeyinin bərpası üçün 74 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Müvəqqəti inzibatçı müəyyən edib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib”.

“AGBank”

“AGBank”

Source: Foto: arxiv

Bağlanan digər bank “AGBank”dır. Mərkəzi Bank bildirir ki, burada aparılmış dəqiqləşdirmələrdən məlum olub ki, onun da maliyyə vəziyyətiqeyri-qənaətbəxşdir:

“Kapital mövqeyini tam itirib. 2020-ci il aprelin 30-na olan məlumata əsasən, bankın kredit portfelinin 51 faizinin qeyri-işlək statusda olması bəlli olub. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpasına 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu”.

Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə görə hər iki bankın lisenziyası ləğv edilib.

Mərkəzi Bank sonda bildirir ki, son bir ayda lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manatdır. Ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizindən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya ediləcək.

Aprelin 27-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunmuşdu.

Bir gün sonra, aprelin 28-də Mərkəzi Bankın İdarə Heyəti “Atabank” və “Amrah Bank”ın lisenziyalarını ləğv edildiyini açıqladı.

“NBC Bank”

“NBC Bank”

Source: Foto: arxiv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1t38jp

Most Viewed