Nicat Abdullazadə

Source: Foto: arxiv

Caption: Nicat Abdullazadə

Daha bir AXCP üzvü saxlanılıb

“Mobil telefonuna balans yükləmək üçün evdən çıxıb, polislər aparıblar”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı Nicat Abdullazadənin də polislər tərəfindən saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

“Nicat Abdullazadə kənd Binəqədi adlanan ərazidə yaşayır. Mobil telefonuna balans yükləmək üçün evdən çıxıb. Az sonra evə xəbər verilib ki, onu polislər saxlayıb aparıblar. Hara aparıldığı bilinməyib. Ona görə də ailəsi Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng eləyib”, - deyə AXCP-dən bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Son iki gündə N.Abdullazadədən başqa AXCP-nin daha üç üzvü həbs olunub. Bunlar AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov və Natiq İsbatovdur. Onların hər birinə 30 sutka inzibati həbs cəzası verilib.

Partiya bütün bu baş verənləri AXCP-yə qarşı repressiyaların davamı kimi qiymətləndirir.

“Bütün dünya koronavirusla mübarizə aparır, Azərbaycan hakimiyyəti isə karantin vəziyyətini fürsət bilib, müxalifət fəallarının kütləvi şəkildə həbsinə start verib”, - deyə Əli Kərinli bildirib.

N.Abdullazadə bundan öncə də dəfələrlə inzibati qaydada həbs olunub, sutkalıq həbs cəzaları alıb. Bu cəzalar əsasən, AXCP və Milli Şuranın keçirdiyi mitinqlər öncəsinə təsadüf edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/dkd7ft

Most Viewed