Dağlıq Qarabağ haqqında film Moskva kino festivalının proqramından çıxarılıb

Razloqovun sözlərinə görə, aldıqları qərardan əvvəl Azərbaycanın RF-dəki səfiri filmin festivalın proqramından çıxarılmasını tələb edib, lakin ona rədd cavabı veriblər.

Source: google.az


“Cənnət qapısı” filmi 1990-cı illərdə Dağlıq Qarabağda gedən hərbi əməliyyatları işıqlandıran cəbhə operatorlarından bəhs edir

Moskva kino festivalının təşkilatçıları Civan Avetisyanın Dağlıq Qarabağdakı münaqişəyə həsr olunmuş “Cənnət qapısı” filmini müsabiqədənkənar proqramdan çıxarıblar.

Proqram direktoru Kirill Razloqovun “İntefaks”a dediyi kimi, bu addım ehtiyat tədbiri kimi atılıb.

“Film birbaşa Qarabağla, erməni-azərbaycanlı münaqişəsi ilə, hərbi əməliyyatlarla (…) bağlı olduğu üçün proqramdan çıxarılıb. Hərbi əməliyyatların eskalasiyası başlayanda qərar verdik ki, Moskvada və Qarabağ ətrafında ermənilərlə azərbaycanlılar arasında toqquşmanın qarşısını almaq üçün filmi göstərməyək, hərçənd o yaxşı çəkilib (…) Bu, Qarabağla birbaşa əlaqəsi olan filmə münasibətdə görülmüş ehtiyat tədbiridir”, – o deyib.

“Cənnət qapısı” filmi 1990-cı illərdə Dağlıq Qarabağda gedən hərbi əməliyyatları işıqlandıran cəbhə operatorlarından bəhs edir.

Razloqovun sözlərinə görə, aldıqları qərardan əvvəl Azərbaycanın RF-dəki səfiri filmin festivalın proqramından çıxarılmasını tələb edib, lakin ona rədd cavabı veriblər. Razloqov həmçinin “əgər münaqişə heç olmasa atəşkəs həddində sakitləşərsə”, lenti növbəti festivalda göstərəcəklərini vəd edib.

42-ci Moskva kino festivalı oktyabrın 1-dən 8-dək keçəcək. Onun müsabiqə proqramında 13 film iştirak edəcək.

Sentyabrın 27-də Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında yenidən hərbi münaqişə başlayıb – hər iki tərəf bir-birini təxribatda və təmas xətti üzrə hücuma keçməkdə günahlandırır. Münaqişənin kəskinləşməsi ilə əlaqədar hər iki ölkədə hərbi vəziyyət elan olunub.

İyulda Ermənistanla Azərbaycan arasında daha bir kəskinləşmə baş verib ki, nəticədə onlarla adam həyatını itirib. Bundan sonra ermənilərlə azərbaycanlılar arasında toqquşmalar iki ölkə hüduduna, o cümlədən Moskvayadək yayılıb.

Ana səhifəMədəniyyətDağlıq Qarabağ haqqında film Moskva kino festivalının proqramından çıxarılıb