“Çölçü” filmi beynəlxalq festivalda qalib olub

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur.

Source: Specify Source


Film indiyədək 60 beynəlxalq kino festivalında iştirak edərək 30-dan çox müxtəlif mükafatlara layiq görülüb

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Crown Wood Beynəlxalq Film Festivalı”nda qalib olub.

Ekran işi “Best Narratıve Feature” (“Ən yaxşı bədii film”) və “Best dırector” (“Ən yaxşı rejissor”) mükafatlarını qazanıb.

“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub.

Film indiyədək 60 beynəlxalq kino festivalında iştirak edərək 30-dan çox müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur.

“Çölçü”də Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

image_from_ios (2).jpg
“Çölçü” filmi
Ana səhifəMədəniyyət“Çölçü” filmi beynəlxalq festivalda qalib olub