Çin İngiltərəni soyuq müharibədə ittiham edib

“Bu hərəkətlər Çin-İngiltərə münasibətləri atmosferini ciddi şəkildə zəhərləyib,” – deyə Çinin Londondakı səfiri Liu Xiaoming jurnalistlərə bildirib.

Source: google.az


“Bu hərəkətlər Çin-İngiltərə münasibətləri atmosferini ciddi şəkildə zəhərləyib”

Cümə axşamı Çin Birləşmiş Krallığın Baş naziri Boris Consonu əlaqələri korlamaqda ittiham edib.

“Reuters” xəbər verir ki, Çinin bu addımı Consonun “Huaweiyə 5G” qadağasını tənqid etməsindən sonra olub və Pekin İngiltərənin Honq-Konq məsələlərinə qarışmaqla iki ölkə arasındakı münasibətlərin zəhərlənməsində Londonu günahlandırıb.

“Bu hərəkətlər Çin-İngiltərə münasibətləri atmosferini ciddi şəkildə zəhərləyib,” – deyə Çinin Londondakı səfiri Liu Xiaoming jurnalistlərə bildirib.

“Bəzi britaniyalı siyasətçilər soyuq müharibə zehniyyətinə söykənirlər … Onlar Çin adlı təhlükəylə oynayırlar. Çini düşmən bir dövlət olaraq görürlər, tamamilə ayrılmaqla hədələyirlər və hətta Çinə qarşı yeni bir soyuq müharibə açırlar”,- o deyib.

Ana səhifəDünyaÇin İngiltərəni soyuq müharibədə ittiham edib