Source: google

“Charlie Hebdo” jurnalının keçmiş ofisinin yanında iki nəfər bıçaqlanıb

Polis bu həftə həyatına qarşı təhdidlər alan jurnalın İnsan resursları şöbəsinin rəhbərini evindən köçürüb

Cümə günü Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş ofisinin yaxınlığında ən azı iki nəfər bıçaqlanıb.

“Reuters” xəbər verir ki, anti-terror polis və prokurorluğu hadisəylə bağlı araşdırma aparır.

Paris polisi bir nəfərin həbs olunduğunu bildirib. “France Info” radiosu deyib ki, ikinci şübhəli də nəzarətə alınıb.

Baş nazir Con Kasteks (Jean Castex) bundan öncə dörd nəfərin bıçaqlandığını demişdi, lakin polisdəki mənbə “Reuters”-ə yaralananların sayının biri ağır olmaqla iki nəfər olduğunu deyib.

“Mən ofisimdə idim. Yolda qışqırıq səsləri eşitdim. Pəncərədən çölə baxdım və yerdə uzanan bir qadını gördüm”,- hadisənin şahidi “Europe 1” radiosuna deyib.

“Yerdə ikinci birini gördüm və kömək üçün getdim”,- o əlavə edib.

Paris polisi bir nəfərin Bastille opera teatrının yaxınlığında həbs olunduğunu deyib. “Europe 1” polis rəsmilərinə istinadən bildirib ki, şübhəlinin 18 yaşı var və şəxsiyyəti təhlükəsizlik xidmətinə bəllidir.

2015-ci ilin yanvarında “Charlie Hebdo”nun ofisinə 12 nəfərin ölümü ilə nəticələnən hücumda günahlandırılan 14 nəfər bu ilin 2 sentyabr tarixində Paris məhkəməsində mühakimə olunub.

Məhkəmədə onların jurnalda karikaturaları çəkilmiş Məhəmməd Peyğəmbərin intiqamını almaq üçün hücum təşkil etdikləri deyilib.

Polis bu həftə həyatına qarşı təhdidlər alan “Charlie Hebdo”nun İnsan Resursları şöbəsinin rəhbərini evindən köçürüb.

Cümə günü televiziya görüntülərində təcili yardım, polis və yanğınsöndürən maşınların “Charlie Hebdo”nun keçmiş ofisinin ətrafını mühasirəyə aldığı görünüb. Əraziyə yaxın metro xətləri bağlanıb, məktəb şagirdlərinə binalardan çıxmamaq tapşırılıb. Yerli rəsmilər insanları hadisə baş vermiş ərazidən yayınmağa çağırıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5k7u2n

Most Viewed