Çexiya 15 ölkədən keçən səyahətçilərə sərhədlərini bağlayır

Beynəlxalq sərnişin daşımaları qadağan edilərkən Praqa hökuməti 30 gün müddətinə fövqəladə vəziyyət elan edib

Source: Foto: sosial şəbəkə


Praqa hökuməti 30 gün müddətinə fövqəladə vəziyyət elan edib

Çex Respublikası Almaniya və Avstriyadan keçən səyahətçilər üçün sərhədlərini bağlayacaq. “Reuters” xəbər verir ki, Çexiya digər riskli ölkələrdən gələn əcnəbilərin ölkəyə girişini qadağan edəcək.

Baş nazir Andrey Babiş (Andrej Babis) cümə axşamı qeyd edib ki, çexlərə də riskli ölkələrə səyahət etmək şənbə günündən etibarən qadağan ediləcək.

Riskli ölkələr siyahısına Avropa Birliyinin üzvləri İtaliya, İsveç, Norveç, Fransa, Hollandiya, Belçika, İspaniya və Danimarka, həmçinin İngiltərə, İsveçrə, Çin, Koreya və İran daxildir.

Doqquzdan çox oturacağı olan beynəlxalq ictimai nəqliyyat vasitələrinin sərhəddi keçməsi qadağan ediləcəkdir.

Beynəlxalq sərnişin daşımaları qadağan edilərkən Praqa hökuməti 30 gün müddətinə fövqəladə vəziyyət elan edib. Ölkə yük ticarətini açıq saxlayıb.

Babiş mətbuat konfransında bildirib ki, hökumət 30-dan çox insanın bir araya gəldiyi kütləvi tədbirlərə qadağa qoyacaq və idman mərkəzləri, spa xidmətləri və qalereyalar kimi yerlər bağlanacaq.

Restoranların axşam saat 8-ə qədər bağlı olacağı bildirilir.

“İqtisadi təsirlərin olacağı aydındır. Ancaq indi virusun yayılmaması və nəzarət altında olması üçün hər şeyi etməliyik”,- Babiş deyib: “Tədbirlərin yetərincə təsir göstərmədiyini görsək, daha çox addımlar atacağıq”.

Bəzi sərhəd keçidlərinin bağlanması, bəzilərinin isə polis tərəfindən nəzarətə alınması gözlənilir.

Ana səhifəDünyaÇexiya 15 ölkədən keçən səyahətçilərə sərhədlərini bağlayır