Çərşənbə günü Azərbaycanda koronavirusdan 13 nəfər ölüb

Eyni zamanda, gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 testin aparıldığı vurğulanıb.

Foto: Meydan TV


Sağalma sayı yoluxmadan çoxdur

Mayın 12-də Azərbaycanda 558 adam COVID-19 infeksiyasına yoluxub, 1454 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah analiz nümunələri müsbət çıxan 13 xəstənin vəfat etdiyini göstərib.

Operativ Qərargah Azərbaycanda indiyədək 328 159 nəfərin yeni koronavirusa infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 13 612 nəfərdir".

Eyni zamanda, gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqÇərşənbə günü Azərbaycanda koronavirusdan 13 nəfər ölüb