Masazırın “Yeni Bakı” Yaşayış Kompleksi

Source: Sputnik

Caption: Masazırın “Yeni Bakı” Yaşayış Kompleksi

“Cənab Prezident, biz rüşvət vermək istəmirik”

“Yeni Bakı” sakinləri işıqlarının qanunsuz kəsildiyini deyirlər

Masazırın “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri kopleksin fəaliyyətindən narazıdırlar.

Onlar kopleksin komendantlığının onlarla razılaşmadan müəyyən etdiyi kommunal pulunu ödəmədiklərinə görə işıqlarının kəsildiyini bildirirlər: “Nədir bu kommunal xidmət haqqı? Blokların təmizlənməsi, həyətdəki işıqlandırma, parkdakı ağacların suvarılması, lift təmiri və s. üçün toplanır. Evin hər kvadratına 40 qəpik məbləğində bir vəsaitdir. Kompleksdə yayaşayanların bəziləri bu vəsaiti ödəməkdən imtina edib. Səbəblər isə müxtəlifdir. Kimi pul müqabilində normal xidmətin olmadığını, kimi də komendantı özlərinin seçmədiyini və həmin vəsaitin vətəndaşlarla razılaşdırmadan müəyyən edildiyini söyləyir”.

Sakinlər bildiriblər ki, nəticədə həmin kommunal haqqını ödəməyənlərə “Azərişıq” ASC-nin verdiyi elektrik enerjisi kəsilir: “Bu, qanunsuzdur. Bizim heç birimizin işığa borcumuz yoxdur. Sadəcə, qeyri-qanuni şəkildə müəyyən edilmiş kommunal haqqını ödəmək istəmirik. Nəticədə, bizi evimizə gələn elektriki kəsməklə cəzalandırırlar. Bunu edən şəhərciyin komendantlığıdır. Komendantın adı Azərdir”.

Evinə verilən elektrik enerjisi kəsilənlərdən biri də Azər Babayevdir. Deyir ki, bu ona isti yay günlərində əməlli çətinlik yaradıb: “Artıq üç gündən artıqdır ki, işığım kəsilib. Mənimlə birlikdə bir neçə sakin də eyni problemlə üzləşib. Komanendantlıq özlərinin qoyduğu qanunsuz ödənişlər var, onları ödəmədiyimiz üçün bu addımı atıb, hansı ki bizim elektrikə borcumuz ümumiyyətlə, yoxdur. “Azərışıq” isə bizim şikayətimizə baxmır, problemlərimizin həlli üçün bizi komendantlığa yönləndirir. Evdə uşaqlar var 21-ci əsrdə biz şam işığında yaşayırıq”.

“Yeni Bakı” sakinlərinin bir problemi də mülk sənədi (“kupça”) ilə bağlıdır. Deyirlər ki, evə sənəd verilməsi üçün də komendantlıq onlardan pul tələb edir: “Bizə deyirlər ki, onlar haralarasa böyük məbləğlərdə pul ödəyiblər. Onun müqabilində 1 otaqlı evlərdən dövlət rüsmundan əlavə 100, 2 otaqlılardan 200, 3 otaqlılardan 300, 4 otaqlılardan 400 manat rüşvət istəyirlər. Bu pulu hardan alaq? Lap deyək ki, var. Biz rüşvət vermək istəmirik. Elə bunu Prezidentə də deyirik. Cənab Prezident, biz rüşvət vermək istəmirik, amma bizdən bunu tələb edirlər. Nə edək?”

“Yeni Bakı” Yaşayış Kompleksinin komendantlığından Meydan TV-yə bu barədə nəsə demək səlahiyyətlərinin olmadığını söyləyiblər.

Kompleksin rəhbərliyindən isə bildiriblər ki, sayğaclara heç bir müdaxilə etməyiblər: “Ona qalsa, evlərə su nasosla vurulur, 24 saat lift işləyir, həyətyanı sahələr işıqlandırılır, ancaq bunlara görə pul ödəmirlər”.

“Azərişıq” ASC-dən isə bildirilib ki, bu günlərdə onlar kimsənin işığını kəsməyiblər. Ümumiyyətlə, hələ ayın sonu deyil və borclar hesablanmayıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/13bls2

Most Viewed